
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinin Suzemka rayon mərkəzinə "Vampir" reaktiv mərmiləri ilə hücum edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Boqomaz məlumat verib.
Onun sözlərinə görə, zərbə nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb.
A.Boqomaz qeyd edib ki, mərmilər Çexiya istehsallıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.