
"Ukrayna Silahlı Qüvvələri PUA-larla Rusiyanın Bryansk vilayətinin Trubçevski rayonunda yerləşən Daxili İşlər Nazirliyinin inzibati binasına zərbə endirib".
“Report” xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz teleqram kanalında yazıb.
Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan və ya ölən olmayıb.
Binanın dam və pəncərələrinə ziyan dəyib.
Qeyd edək ki, Ukrayna əvvəllər də bir neçə dəfə Bryansk vilayətinə hücum etmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.