
Rusiyada xarici agent kimi tanınan 46 yaşlı reper Fuze Kreç qəzada həlak olub.
AVESTA.AZ "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Valentina Berezkina məlumat yayıb.
O bildirib ki, həyat yoldaşı dəhşətli qəzaya düşüb. Həkimlər sənətçiyə ilkin müdaxilələr etsələr də, onun həyatını xilas edə bilməyiblər.
Xatırladaq ki, Fuze Kreçin əsl adı Artem Brovkovdur. O solo çıxışlara 2013-cü ildə başlayıb. Karyerası ərzində 15 albom buraxıb.
2025-ci ilin mart ayında Rusiya Ədliyyə Nazirliyi Brovkovun xarici agent olduğunu açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.