3-04-2026, 14:48 108

Bu sənət deyil, vandallıqdır - Bakının simasına hücum

Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi təkcə bir "rəsm" məsələsi deyil. Bu, paytaxtın mədəni simasına yönəlmiş açıq vandallıq aktı kimi qiymətləndirilməlidir.

BAKU.WS-in məlumatına görə, şəhərin ən tanınmış və tarixi əhəmiyyətə malik məkanlarından birinə qarşı belə münasibət cəmiyyətin diqqətindən kənarda qalmamalıdır.

Vandallıq, yoxsa "yaradıcılıq"?

Baş vermiş hadisəni sadəcə gənclərin "özünüifadəsi" kimi təqdim etmək doğru deyil. Tarixi və ictimai əhəmiyyət daşıyan binaların divarlarına icazəsiz müdaxilə dünya praktikasında da vandalizm sayılır. Bu, nə incəsənətdir, nə də yaradıcılıq. Bu, şəhərin estetik görünüşünü korlayan, ictimai mülkiyyətə ziyan vuran hərəkətdir.

Qərbdən gələn "mədəniyyət"in kölgə tərəfi

Qraffiti bəzi ABŞ və Avropa şəhərlərində geniş yayılıb. Lakin bu, hər zaman müsbət qarşılanmır. Əksinə, bir çox böyük şəhərlərdə binaların divarlarının yazılar və şəkillərlə korlanması ciddi problemə çevrilib. Tarixi tikililər, metro stansiyaları, körpülər və yaşayış binaları nəzarətsiz qraffiti nəticəsində eybəcər hala düşür. Bu səbəbdən həmin ölkələrdə belə hallarla mübarizə üçün ciddi cərimələr və qanunlar tətbiq olunur.

Qraffiti "mədəniyyəti" Azərbaycanın, xüsusilə də Bakının dəyərlərinə uyğun deyil. Bakı öz təmizliyi, nizam-intizamı və memarlıq harmoniyası ilə seçilən şəhərdir. Bu şəhər xaotik yazılarla deyil, öz tarixi irsi, müasir inkişafı və estetik görünüşü ilə tanınır.

Bakının gözəlliyi – milli sərvətdir

Bakı uzun illərdir ki, həm turistlər, həm də beynəlxalq qurumlar tərəfindən təmiz və gözəl paytaxt kimi qiymətləndirilir. Şəhərin mərkəzində yerləşən tarixi binaların divarlarını mənasız yazılarla örtmək bu imicə ciddi zərbə vurur. Bu, təkcə bir divarın çirkləndirilməsi deyil - bu, Bakının vizual kimliyinə qarşı hörmətsizlikdir.

Son illərdə paytaxtda aparılan genişmiqyaslı abadlıq və bərpa işləri nəticəsində Bakı yeni sima qazanıb. Küçələr, parklar, tarixi binalar bərpa olunub, şəhər demək olar ki, yenidən qurulub. Belə bir şəraitdə qraffiti halları dövlətin və vətəndaşların sərf etdiyi vəsaitə, çəkilən zəhmətə açıq hörmətsizlikdir.

Gənclər və məsuliyyət məsələsi

Bu əməli törədən şəxslərin gənc olması məsuliyyəti azaltmır, əksinə, daha ciddi suallar yaradır. Müasir dövrdə gənclər üçün yaradıcılıq imkanları kifayət qədər genişdir - rəqəmsal platformalar, sərgi məkanları, incəsənət layihələri və s. mövcuddur. Lakin başqasının mülkiyyətinə zərər vurmaq yaradıcılıq deyil, dağıdıcılıqdır. Bu, həm də tərbiyə və sosial məsuliyyət məsələsidir.

Valideynlər övladlarının davranışlarına daha diqqətli yanaşmalıdırlar. Uşaqlara və yeniyetmələrə kiçik yaşlardan ictimai mülkiyyətə hörmət, vətənpərvərlik, estetik zövq və məsuliyyət hissi aşılanmalıdır. Küçədə baş verən hərəkətlər də ailədə verilən tərbiyənin birbaşa göstəricisidir.

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR