
Braziliyanın hərbi polisi paytaxtın hava limanının girişində əldəqayırma partlayıcı qurğu aşkarlayıb.
"Report" xəbər verir ki, bu barədə “Globo” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Söhbət hava limanına doğru yanacaq daşıyan yük maşınının üzərinə qoyulmuş qutudan gedir. Yük maşınının sürücüsü qutunu görüb, onun şübhəli olduğunu düşünüb və hərbi polisə müraciət edib.
İstehkamçılar qurğunu zərərsizləşdirib, daha sonra ekspertiza üçün Kriminalistika İnstitutuna göndərilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.