
Beş gün əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan 5-nin müalicəsi davam etdirilir.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən bildirilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu (beyin və beyin qişalarının eyni vaxtda iltihablanması -red) təyin edilən 2 nəfərin vəziyyətləri ağır stabil, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti isə orta ağırdır.
Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin vəziyyəti isə ağır stabil qiymətləndirilir.
Qeyd edək ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.