
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Heydər Məscidinin yanında hər gün özbaşınalıq yaşanır.
Bu barədə sakinlər AVESTA.AZ-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. Qeyd edilib ki, demək olar hər gün adı çəkilən ərazidə bir qrup insan maşını uşaqlara verirlər. Onlar da, kifayət qədər çox insanın olduğu yerdə təhlükəli vəziyyət yaradırlar.
Şikayətçi bu barədə lazımı ölçü götürülməsini xahiş edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.