
Gəncədə iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Chevrolet" və "VAZ" markalı minik avtomobilləri toqquşub, nəticədə 1953-cü il təvəllüdlü M.Məmmədov hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.