
Naxçıvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Babək rayonu Araz kəndi yaxınlığında qeydə alınıb.
67-BN-063 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.
Qəza nəticəsində 1983-cü il təvəllüdlü Nazim Salmanov, 1977-ci il təvəllüdlü Aminə Ələkbərova, 1963-cü il təvəllüdlü Hikmət Muradov və 1970-ci il təvəllüdlü Zülfünaz Fərzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.