11-04-2026, 14:48 190

İrandan Azərbaycana indiyədək 3 439 nəfər təxliyə olunub

İrandan fevralın 28-i saat 08:00-dan aprelin 11-i saat 10:00-dək Azərbaycana ümumilikdə 3 439 nəfər təxliyə olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, təxliyə olunanların 612 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda, Çinin 735, Rusiyanın 374, Hindistanın 284, Banqladeşin 198, Tacikistanın 192, Pakistanın 151, İranın 136, Omanın 84, İndoneziyanın 68, Əlcəzairin 57, İtaliyanın 46, Almaniya və Kanadanın hər birinin 27, İspaniyanın 26, Fransa 25, Gürcüstan 21, Səudiyyə Ərəbistanı və Yaponiyanın hər birinin 18, Özbəkistan və ABŞ-nin hər birinin 17, Bəhreynin 16, Polşa və İsveçrənin hər birinin 14, Nigeriya, Qazaxıstan və Belarusun hər birinin 13, Macarıstanın 12, Meksikanın 11, Böyük Britaniya, Bolqarıstan və Konqo Demokratik Respublikasının hər birinin 10, Braziliyanın 9, Sudanın və Venesuelanın hər birinin 8, Finlandiya, Qırğızıstan, Ruminiya, Çexiya, Avstraliya, Slovakiya, Belçika və Birləşmiş Ərəb Əmirliklərinin hər birinin 6 vətəndaşı təxliyə edilib.

Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, İsveç, Əfqanıstan, Avstriya, Yunanıstan və Vyetnamın hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt və Niderlandın hər birinin 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin hər birinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir, Uruqvay və Sloveniyanın hər birinin 2 vətəndaşı var.

İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hər birinin 1 vətəndaşı təxliyə olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

ABŞ və İran arasında İslamabadda danışıqlar aprelin 11-i yerli vaxtla 17:00-dan (Bakı vaxtı ilə 16:00) sonra başlamalıdır.

Qeyd edək ki, ABŞ və İran arasında danışıqların əsas mövzuları kimi hərbi əməliyyatların dayandırılması, sanksiya siyasəti və regionun strateji kommunikasiyalarına nəzarət müəyyən edilib.

Tehran dialoqun yalnız Livanda atəşkəs və sanksiyaların qismən ləğvi şərti ilə başlamasında israr edir, Vaşinqton isə məhdudiyyətlərin yumşaldılmasını yalnız Tehranın nüvə və raket proqramları ilə bağlı güzəştləri müqabilində müzakirə etməyə hazırdır.

Tərəflər Hörmüz boğazının statusu məsələsində də fərqli mövqedədirlər: İran faktiki nəzarət və tranzit üçün ödəniş almaq hüququ tələb edir, ABŞ isə onun beynəlxalq gəmiçilik üçün tam açıq olmasında israr edir.

Əlavə olaraq Tehran dondurulmuş aktivlərin açılması və münaqişə nəticəsində ona dəyən ziyana görə kompensasiya ödənilməsi məsələsini qaldırır.

İran həmçinin ABŞ qoşunlarının Yaxın Şərqdən çıxarılmasını və hücum edilməyəcəyinə dair zəmanət tələb edir, Prezident Donald Tramp administrasiyası isə tam razılaşma əldə olunana qədər hərbi mövcudluğun saxlanılmasını mümkün hesab edir və danışıqlar uğursuzluqla nəticələnəcəyi təqdirdə eskalasiyanı istisna etmir.

Paylaş

Xəbər lenti

Azərbaycanın yeni PUA-sı TƏQDİM OLUNDU Bu gün, 19:48 Havalar soyuq keçərsə, istilik 15 gün tez veriləcək? - RƏSMİ CAVAB Bu gün, 19:48 Türkiyəli nazir: Azərbaycanla müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb Bu gün, 19:48 "McDonald"s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb Bu gün, 19:48 "Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz" Bu gün, 19:48 Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb Bu gün, 19:48 "Mingəçevir Reqatası-2026" turnirinin qalibi Əlimurad Hacızadə: "Avarçəkmədə özünəinam vacibdir" Bu gün, 19:48 SOCAR ABŞ şirkəti ilə hasilatın səmərəliliyinin artırılmasını müzakirə edib Bu gün, 18:48 Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib Bu gün, 18:48 Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib Bu gün, 18:48 Prezidentin sosial media hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb Bu gün, 18:48 Azərbaycanda oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ Bu gün, 18:48 Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb Bu gün, 17:48 Azərbaycanın PUA-ları aşkarlayıb müdaxilə edən yeni dronu nümayiş olunub Bu gün, 17:48 "Haber Global" Bakıda keçirilən "ADEX 2026" sərgisindən reportaj yayımladı Bu gün, 17:48 Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ Bu gün, 17:48 Pilotun təyyarəyə bıçaqla minməsi necə mümkün olub? Bu gün, 17:48 12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim" Bu gün, 17:48 Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Bu gün, 17:48 Azərbaycan yeni mərmiatan dron istehsal edib Bu gün, 17:48 Kredit faizləri niyə azalmır? Bu gün, 17:48 Serbiya və Azərbaycan Nişdə qaz elektrik stansiyasının inşası ilə bağlı müqavilə imzalayıb Bu gün, 17:48 Deputatların pensiyalarının hesablanması ilə bağlı YENİ QAYDA Bu gün, 17:48 "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı Bu gün, 17:48 Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB Bu gün, 16:48 Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır Bu gün, 16:48 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" Bu gün, 16:48 Afra Saraçoğlunun narkotik testi müsbət çıxdı Bu gün, 16:48 Hərbçilərin əməkhaqları artırılır Bu gün, 16:48 Azərbaycanlı mühəndislərin hazırladığı KASIRGA PUA-sı ilk dəfə "ADEX 2026"da nümayiş olunur Bu gün, 16:48 Azərbaycanda 2 istehsal obyektində aksizli mallara dair pozuntular aşkarlanıb Bu gün, 16:48 Dilan Polat saxlanıldı Bu gün, 15:48 Bakının bu rayonunda 20-yə yaxın bina söküləcək Bu gün, 15:48 "Sabah" Masazırdan niyə köçdü? - Klub prezidenti AÇIQLADI Bu gün, 15:48 "Flydubai" aviaşirkəti göyərtəsindəki insidentdən sonra İsrailə uçuşları dayandırıb Bu gün, 15:48 Qaraçuxur qəbiristanlığının hasarı uçurulub Bu gün, 15:48 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm" Bu gün, 15:48 Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib Bu gün, 15:48 Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır Bu gün, 14:48 Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur Bu gün, 14:48 Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib Bu gün, 14:48 Bolqarıstanda klub prezidenti evinin qarşısında güllələndi Bu gün, 14:48 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI Bu gün, 14:48 Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI Bu gün, 14:48 "Flydubai" təyyarəsində ŞOK olay: Pilot təyyarəni qəzaya uğratmaq istəyib? Bu gün, 14:48 Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər ələ keçdi Bu gün, 14:48 Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb Bu gün, 14:48 "Flydubai" təyyarəsinin qəfil aşağı düşdüyü ANLAR Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR