
Bu il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 151,1 milyon ABŞ dolları təşkil edib.
AVESTA.AZ bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 15,9 % çoxdur.
Hesabat dövründə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 656,8 milyon ABŞ dolları təşkil edib. Bu göstərici son 1 ildə 5,7 % artıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.