
"Xəzər dənizində kruiz daşımalarının başlanması perspektivlidir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, sözügedən təşəbbüs turistlərin Xəzəryanı ölkələrin dəniz limanlarına səfər etməsinə yeni imkanlar yarada bilər:
"Bu istiqamətdə layihələrin həyata keçirilməsi regionda turizm əməkdaşlığının daha da genişlənməsinə töhfə verəcək. Xəzər hövzəsində kruiz daşımalarının təşkili həm iqtisadi, həm də humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.