Bu gün, 09:48 36

Bu gün Tarixi Abidələrin Mühafizəsi Günüdür

Bu gün Tarixi Abidələrin Mühafizəsi Günüdür.

BAKU.WS xəbər verir ki, UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilən qərarı əsasında 18 Aprel - Tarixi Abidələrin Mühafizəsi Günüdür.

Bu günün qeyd olunmasında əsas məqsəd - dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü 18 aprel 1984-cü ildə qeyd olunub.

Hər il bununla bağlı aprelin 18-də dünyanın müxtəlif yerlərində tədbirlər, konfranslar və qəzet məqalələrinə daxil olan müxtəlif fəaliyyət növləri keçirilir.

Azərbaycan Respublikası 2002-ci ildə Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq mərkəzinə üzv qəbul olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.

Abidələr və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötməyib. İşğaldan azad edilmiş torpaqlarımızda Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilən dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, "İçərişəhər" Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, "Qala" Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, "Nardaran" Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, "Atəşgah məbədi" Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınıb. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.

Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.

"İçərişəhər" memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Milli mədəni irsin qorunmasını təmin etmək, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" isə görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli sənəddir.

Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib.

Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür.

Paylaş

Xəbər lenti

Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi Şövkət Məmmədovanın doğum günüdür Bu gün, 10:48 Ulduzlar xəbərdarlıq edir: Bu bürclər böyük səhv edə bilər Bu gün, 10:48 Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib Bu gün, 10:48 FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib Bu gün, 10:48 FAO və ADB-nin dəstəyi ilə Azərbaycanda I Beynəlxalq GreenEco forumu keçiriləcək Bu gün, 10:48 Yola çıxanların NƏZƏRİNƏ Bu gün, 10:48 Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər Bu gün, 09:48 Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb Bu gün, 09:48 Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər Bu gün, 09:48 "Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 10 %-ə yaxın azalıb Bu gün, 09:48 Avropa çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır Bu gün, 09:48 Bu gün Tarixi Abidələrin Mühafizəsi Günüdür Bu gün, 09:48 Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək Bu gün, 09:48 Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı Bu gün, 00:48 SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib Bu gün, 00:48 Başlıbel qətliamından 33 il ötür Bu gün, 00:48 Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib Dünən, 23:48 "Haber Global" İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün təfərrüatını açıqlayıb Dünən, 23:48 Odlar ölkəsinin fəxri: Rafael Ağayev Dünən, 23:48 Münaqişənin kəskinləşməsindən bəri Hörmüz boğazından ilk sərnişin gəmisi keçdi Dünən, 23:48 Polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDU Dünən, 23:48 Tramp İranla razılaşmanın yaxın iki gündə bağlanacağını güman edir Dünən, 22:48 Rəsmi İrəvan: Ermənistan Aİ-yə inteqrasiyanın "yol xəritəsi"ni həyata keçirir Dünən, 22:48 ABŞ uran müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq niyyətindədir Dünən, 22:48 Kartla ödəniş edənlərə pis xəbər: Keşbek dövrü bitir? Dünən, 22:48 Hikmət Hacıyev: "Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib" Dünən, 21:48 Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir Dünən, 21:48 Tramp: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb Dünən, 21:48 Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ Dünən, 21:48 Kostanyan: "Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir" Dünən, 21:48 Kostanyan: "Bakı və İrəvan arasında qarşılıqlı ixrac üzrə ilkin razılaşmalar əldə olunub" Dünən, 21:48 İran Hörmüzdən hansı gəmilərin və necə keçə biləcəyini AÇIQLADI Dünən, 20:48 Prezidentin köməkçisi: "Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir" Dünən, 20:48 Hikmət Hacıyev: Ermənistanın Konstitusiyasında ərazi iddialarına son qoyulduqdan sonra sülh sazişini imzalana bilər Dünən, 20:48 Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolub Dünən, 20:48 Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir Dünən, 20:48 Sakinlər təngə gəliblər: "Taxılımız yanır, su vermirlər" Dünən, 20:48 Aİ Bakı və İrəvan arasındakı sülh prosesinə daha çox cəlb olunmağa can atır Dünən, 19:48 Narkotikin təsiri altında Bakıda təcili yardım maşınını sürən şəxs HƏBS EDİLDİ Dünən, 19:48 "Brent" markalı neft 10 dollar ucuzlaşıb Dünən, 19:48 92 nömrəli marşrutun avtobusları yenilənir Dünən, 19:48 Jorjoliani: Gürcüstan Azərbaycan və Ermənistan arasında ticarətin inkişafına kömək edəcək Dünən, 19:48 Tramp: İran artıq Hörmüzdən "dünyaya qarşı silah" kimi istifadə edə bilməyəcək Dünən, 19:48 Akif Çağatay Kılıç: Biz Türkiyəni bu regiona məsuliyyət daşıyan aktor kimi görürük Dünən, 19:48 Paytaxtın hansı küçələrində sıxlıq var? - 17.04.2026 Dünən, 18:48 IAF Azərbaycanda kosmik sahənin inkişafını yüksək qiymətləndirir Dünən, 18:48 Ərdoğan: "Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılır" Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR