
İran hava məkanının qismən açılması və Tehran da daxil olmaqla, ölkənin 6 hava limanında fəaliyyətin bərpa olunduğunun elan edilməsindən sonra Omandan İrana ilk təyyarə yola düşüb.
AVESTA.AZ Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Yaxın Şərq aviadispetçer xidmətindəki mənbə məlumat verib.
Mənbə təyyarənin marşrutu, eləcə də bunun sərnişin reysi və ya texniki reys olub-olmadığına dair detalları açıqlamayıb.
"Təyyarə Maskatdan İrana yola düşüb. Bu, İran hava məkanının qismən açılmasının elan edilməsindən bəri başqa ölkədən uçan ilk təyyarədir", - deyə mənbə bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.