
Türkiyənin tanınmış iş xanımlarından olan Çiydem Sabancı 56-cı yaşını təmtəraqlı şəkildə qeyd edib.
AVESTA.AZ xəbər verir ki, o, ötən həftə sonu Kapadokyada üç gün davam edən qonaqlıqda yaxın dostlarını bir araya yığıb.
Məlumata görə, o 30 nəfərlik seçilmiş qonaqü üçün bölgədə yerləşən butik otellərdən birini tam şəkildə bağlayıb.
Tədbir boyunca qonaqlara özəl proqram və sürprizlər təqdim olunub.
Gecənin ən çox diqqət çəkən anı isə məşhur sənətçi Özcan Denizin səhnə alması olub. O bu mərasim üçün təxminən 5 milyon lirə (təxminən 189 500 AZN) qonorar alıb.
Doğum günü məclisi qısa zamanda sosial şəbəkələrin gündəminin əsas müzakirə mövzusuna çevrilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.