Bu gün, 18:48 53

Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar?

Qızılın investisiya aləti kimi dəyərinin artması bu sahədə fırıldaqçılıq hallarını da bərabərində gətirir. Alıcılar bəzən aldıqları məhsulun keyfiyyətinə əmin olmaq istəyirlər.

Qızılın qiymətinin kəskin bahalaşması bu sahəyə marağı artırmaqla yanaşı, dələduzluq risklərini də yüksəldib. Xüsusilə investisiya və ya yığım məqsədilə qızıl alan vətəndaşlar üçün bazarda qeyri-şəffaflıq problemi daha qabarıq hiss olunur. Alıcılar iddia edirlər ki, bəzi satışa təqdim olunan qızıl məmulatlarının üzərində göstərilən əyar ilə faktiki tərkibi arasında uyğunsuzluq var.

Bu halda alıcılar aldıqları qızılın həqiqətən təmiz və göstərilən əyara uyğun olub-olmadığını necə müəyyənləşdirə bilərlər? Qızılın keyfiyyətini yoxlatdırmaq üçün hansı rəsmi və etibarlı mexanizmlər mövcuddur?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Vətəndaş aldığı qızılın keyfiyyətinə şübhə edərsə...

Qızıl işi ilə məşğul olan Aynurə Qələndərova deyir ki, fırıldaqçılıq halları daha çox brilyant və yüksək əyar qızıllarda müşahidə olunur: "Qızılın dünya bazarındakı qiyməti hər gün dəyişdiyi üçün alış zamanı fərqli mənbələrdən müqayisə aparmaq tövsiyə olunur. Bu yanaşma iki baxımdan faydalıdır. Birincisi, məhsulun cari bazar dəyərini düzgün qiymətləndirməyə imkan verir, ikincisi isə potensial fırıldaqçılıq risklərini minimuma endirir".

Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar?

Qızıl satıcısı bildirir ki, qızılın qiyməti əyarları və istehsal edildiyi ölkəyə görə dəyişir: "Vətəndaş aldığı qızılın keyfiyyətinə şübhə edərsə, mütəxəssisə yoxlatması məsləhət görülür. Bunun üçün xüsusi lazer aparatları var ki, bu cihazlarda qızılın içindəki əyar, qiymətli daşların çəkisi, xalisliyi və digər parametrləri müəyyən etmək mümkündür. Alıcı lazer aparatında yoxlama aparmasa belə, bazarda "qızıl alıram" tabeli olan yerlərdə məhsulun keyfiyyətini yoxlada bilər. Qızıl alarkən etibarlı mağaza ilə əlaqə saxlamaq və seçim etmək vacibdir. Qızılın 585, 750 və ya digər əyarlara uyğunluğunu göstərən rəsmi sənədlər də mövcuddur. Alıcı məhsulu alarkən bu sənədləri və sertifikatları tələb etməlidir".

Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar?

"Bunu zahiri baxışla müəyyən etmək mümkün deyil"

"Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov deyir ki, qızıl bazarında fırıldaqçılıq hallarının artması ilə bağlı assosiasiyaya nadir hallarda məlumat daxil olur: "Amma zərgərlik sənayesinin inkişaf etdiyi digər ölkələrdə olduğu kimi, qiymətli metallar bazarında da ayrı-ayrı hallarda saxtakarlıq və ya aldatma faktlarına rast gəlinməsi istisna edilmir. Belə halların yaranmasına təsir göstərən əsas amillər sırasında qiymətli metalların qiymətinin artması fonunda daha çox qazanc əldə etmək meylinin güclənməsi, eləcə də alıcının məmulatın faktiki tərkibini, əyarını və keyfiyyət göstəricilərini yerində dəqiq müəyyən edə bilməməsi göstərilə bilər. Qiymətli metalların və daşların keyfiyyətinin düzgün müəyyən olunması texniki baxımdan həssas məsələdir. Bu göstəricilərin yalnız zahiri baxış əsasında etibarlı şəkildə müəyyən edilməsi mümkün olmur".

Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar?

"Əyar damğası əsas şərtlərdəndir"

R.Əmircanov bildirir ki, alıcılar nəzərə almalıdırlar ki, "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna əsasən, qanunvericilikdə nəzərdə tutulmuş istisnalar çıxılmaqla, Azərbaycan Respublikasında istehsal edilən, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır: "Buna görə də alınması nəzərdə tutulan məmulatın üzərində dövlət əyar damğasının mövcudluğu əsas şərtlərdən biri hesab edilməlidir. Bununla yanaşı, qiymətli daşlara münasibətdə sertifikatlaşdırma, ekspertiza və diaqnostika ilə bağlı məsələlər də qanunvericiliklə tənzimlənir".

Ən çox rast gəlinən saxtakarlıq üsullarına gəldikdə isə, mütəxəssis bildirir ki, belə hallardan biri aşağı əyarlı məmulatın daha yüksək əyarlı kimi təqdim olunmasıdır: "Həmçinin məmulatın çəkisi və ya üzərindəki daşlarla bağlı alıcının yanlış məlumatlandırılması da saxtakarlıq üsulları sırasına aid edilə bilər. Alıcı ilk növbədə məmulatın üzərində dövlət əyar damğasının olub-olmamasına, həmçinin göstərilən əyarın qanunvericilikdə nəzərdə tutulmuş standart əyarlardan birinə uyğun gəlib-gəlmədiyinə diqqət yetirməlidir. Qızıl üçün müəyyən edilmiş standart əyarlar 375, 500, 583, 585, 750, 958 və 999-dur. Əgər məmulatda qiymətli daşlardan istifadə olunubsa, həmin daşın xüsusiyyətlərini təsdiq edən ekspertiza sənədinin və ya sertifikatın təqdim olunması alıcının hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir".

Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar?

Peşəkar yoxlama necə aparılır?

Mütəxəssis bildirir ki, peşəkar yoxlama zamanı, bir qayda olaraq, rentgen-flüoresans analizi (XRF) kimi qeyri-dağıdıcı üsullardan, zərurət yarandıqda isə kupelyasiya üsulundan (od sınağı), eləcə də digər laborator-analitik metodlardan istifadə olunur: "Beynəlxalq praktikada XRF üsulu məmulatın tərkibinin operativ qiymətləndirilməsi üçün, kupelyasiya üsulu isə qızılın tərkibinin daha yüksək dəqiqliklə müəyyən edilməsi üçün tətbiq edilir. Bəzi hallarda induktiv əlaqəli plazma-optik emissiya spektrometriyası (ICP-OES) və atom-udma spektrometriyası (AAS) kimi instrumental üsullardan da istifadə oluna bilər. Belə xidmətlər, adətən, ixtisaslaşmış laboratoriyalarda və bu sahə üzrə müvafiq texniki imkanlara malik ekspertiza mərkəzlərində həyata keçirilir. Əsas məqsəd məmulatın əyarının, kimyəvi tərkibinin və digər keyfiyyət göstəricilərinin etibarlı şəkildə müəyyən edilməsidir".

Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar?

"İkinci əl məmulatların dövriyyəsi daha yüksək risk yaradır"

R.Əmircanovun sözlərinə görə, alıcı məhsulun üzərində dövlət əyar damğasının mövcudluğunu, əyar göstəricisini, çəkisini, qiymətini, satış yerinin etibarlılığını, eləcə də təqdim olunan sənədləri diqqətlə yoxlamalıdır: "Alış-verişin daimi fəaliyyət göstərən, hüquqi ünvanı və əlaqə vasitələri aydın olan etibarlı satış məntəqələrindən həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Satıcı tərəfindən qəbzin təqdim edilməsi, dəyişdirmə və geri qaytarma şərtlərinin əvvəlcədən izah olunması da mühüm əhəmiyyət kəsb edir. Məmulatda qiymətli daş olduqda, daşın növü, çəkisi, xüsusiyyətləri, habelə mümkün olduğu təqdirdə buna dair sertifikatın və ya ekspertiza sənədinin təqdim edilməsi də tələb olunmalıdır. Şübhəli dərəcədə ucuz qiymət təklifləri, sənədsiz satış, qeyri-rəsmi elanlar və mənşəyi aydın göstərilməyən məhsullar alıcı üçün əlavə risk yaradır. Praktik baxımdan alıcılar üçün ən riskli seqmentlər məhsulun mənşəyinin, qəbzin, geri qaytarma şərtlərinin, əyar təsdiqinin və qiymətli daşlara dair sertifikatın aydın olmadığı satışlardır. Belə hallarda alıcının məhsulun həqiqi keyfiyyəti, hüquqi statusu və sonradan hüquqlarının müdafiəsi imkanları barədə dolğun məlumat əldə etməsi çətinləşir. Bu baxımdan sosial media vasitəsilə irəli sürülən qeyri-rəsmi təkliflər, sənədsiz ikinci əl məmulatların dövriyyəsi və satışı daha yüksək risk yaradır".

Paylaş

Xəbər lenti

"Al Hadath": İran-ABŞ danışıqları aprelin 26-da İslamabadda baş tuta bilər Bu gün, 19:48 Dəridə ciddi qəbul etmədiyimiz əlamətlər hansı xəstəliyin göstəricisidir? - VİDEO Bu gün, 19:48 TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək Bu gün, 19:48 Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb Bu gün, 19:48 Premyer Liqa: "Karvan-Yevlax" ardıcıl ikinci qələbəsini qazanıb Bu gün, 18:48 Ceyhun Bayramov: Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır Bu gün, 18:48 Xəzər rayonunda 5 ev, 2 sexdən 20 min manatlıq oğurluq olub Bu gün, 18:48 Bakının 556 küçəsi yuyuldu Bu gün, 18:48 Hövsan avtobuslarından ŞİKAYƏT: "Dayanacaqda dayanmırlar" Bu gün, 18:48 Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub Bu gün, 18:48 Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? Bu gün, 18:48 "Xilasedici" Azərbaycan çempionu olub Bu gün, 18:48 Avtomobildən oğurluq edən şəxs saxlanılıb Bu gün, 18:48 Ceyhun Bayramov əlcəzairli həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib Bu gün, 17:48 Şimali Makedoniya Prezidenti: Azərbaycanla müxtəlif sahələrdə hədəflərimiz var Bu gün, 17:48 Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar Bu gün, 17:48 Keçmiş mətbuat katibi VƏFAT ETDİ Bu gün, 17:48 Hörmüz boğazında daha bir gəmi VURULDU Bu gün, 17:48 Gözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku Bu gün, 17:48 Xırdalanda QƏTL: Şübhəli saxlanıldı Bu gün, 17:48 Zelim Tçkayev: "Dünya çempionatında növbəti hədəfim qızıl medal olacaq" Bu gün, 17:48 Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib Bu gün, 16:48 Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib Bu gün, 16:48 Müctəba Xamenei: Ordumuz İran ərazisini qoruyur Bu gün, 16:48 Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib Bu gün, 16:48 "Real Madrid" Mbappe və Vinisiusu transferə çıxaracaq? Bu gün, 16:48 Elçin Əmirbəyov: Azərbaycanın regional siyasəti qarşılıqlı fayda prinsipinə əsaslanır Bu gün, 16:48 İbrahim Tatlısesin gəlini və nəvəsi pilləkandan yıxıldı Bu gün, 16:48 Sumqayıtda qanunsuz tikili sökülür Bu gün, 15:48 İran Azərbaycana təşəkkür edib Bu gün, 15:48 İş xanımı bunun üçün Özcan Denizə 5 milyon ödədi Bu gün, 15:48 48 gün sonra İrana ilk təyyarə yola düşdü Bu gün, 15:48 Antalya zirvəsi: İlham Əliyev qlobal siyasi masanın əsas söz sahibinə çevrilib - RƏY Bu gün, 15:48 Əməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi Bu gün, 15:48 Narkotik satan 5 nəfər TUTULDU Bu gün, 14:48 Bakı və İslamabad əməkdaşlığı gücləndirmək niyyətini təsdiqləyiblər Bu gün, 14:48 Qusarda oğul ona araq satmadığına görə anasını döydü Bu gün, 14:48 General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI - SƏBƏBİ məlum oldu Bu gün, 14:48 Keçmiş məhkum iki min manatlıq oğurluğu necə həyata keçirdi? Bu gün, 14:48 Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib Bu gün, 14:48 Firuzə İbadovadan danışan Rəhman Rəhmanov: "69 yaşımda etiraf edim?" Bu gün, 14:48 Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH Bu gün, 14:48 ADSEA: Kür çayının sahilyanı riskli zonalarında nasos stansiyalarına fasilə verilib Bu gün, 14:48 Lənkəranda TORPAQ SÜRÜŞMƏSİ oldu Bu gün, 13:48 Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib Bu gün, 13:48 Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ Bu gün, 13:48 Azərbaycan-Yəmən münasibətlərinin gücləndirilməsi müzakirə olunub Bu gün, 13:48 Antalya Diplomatiya Forumu Azərbaycanın sülh təcrübəsinin təqdimatında mühüm platformadır - RƏY Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR