
İranda İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əlaqədə ittiham olunan iki nəfər barəsində ölüm hökmü icra edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, həmin şəxslər xaricdə xüsusi hazırlıq keçdikdən sonra "Mossad"la əlaqəli casus şəbəkəsinin tərkibində fəaliyyət göstərməkdə təqsirli biliniblər. İran tərəfi onların ölkə ərazisində təxribat planları qurduğunu iddia edib.
Bildirilir ki, hökm İranın ali məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.