15-04-2026, 15:48 284

Elçin Əmirbəyov Çexiya rəsmiləri ilə görüşlərdə Ermənistanla normallaşma prosesindən danışıb

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Çexiyaya işgüzar səfəri çərçıvəsində ölkənin Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hynek Kmoníček, xarici işlər nazirinin birinci müavini Jiří Brodský, Prezident Administrasiyasının Xarici siyasət departamentinin direktoru vəzifəsini icra edən Lucie Nebesářová və Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədr müavini Jiří Skopeček ilə görüşlər keçirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, danışıqlar zamanı Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin bu münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd olunub.

Tərəflər 2026-cı ilin yanvar ayında Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyev ilə Çexiyanın Baş naziri Andrej Babiš arasında keçirilmiş görüşü məmnunluqla xatırlayaraq, ən yüksək səviyyədə təmasların yaxın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Çexiya tərəfi siyasi dialoqun intensivləşdirilməsi, eləcə də ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Xüsusilə enerji, nəqliyyat, sənaye, müdafiə və digər prioritet sahələrdə tərəfdaşlığın dərinləşdirilməsinə maraq ifadə olunub.

Keçirilmiş görüşlərdə Çexiya tərəfi Azərbaycan ilə müxtəlif sahələr üzrə formalaşmış səmərəli əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib. Bu xüsusda, həmçinin iki ölkənin regionlararası əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub. Parlamentlərarası əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşlərdə həmçinin Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərə toxunulub. Çexiya tərəfi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu və Orta Dəhliz üzrə Şərq-Qərb yük daşımalarının artırılması baxımından strateji əhəmiyyətini vurğulayıb. Çexiya rəsmiləri Azərbaycanı Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağı kimi qiymətləndirərək, ölkəmizi Aİ üçün Mərkəzi Asiyaya etibarlı və strateji çıxış qapısı kimi xarakterizə ediblər. Aİ ilə Azərbaycan arasında münasibətlərdə xüsusilə son dövrlərdə müşahidə olunan müsbət dinamika Çexiya tərəfindən alqışlanıb.

Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalar və davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar və gözləntilər barədə ətraflı məlumat verib. O, cari il ərzində Ermənistanda keçiriləcək parlament seçkilərinin və bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi üçün keçiriləcək referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından vacib rol oynayacağını diqqətə çatdırıb. Çexiya tərəfi Azərbaycanın sülh gündəliyini dəstəklədiklərini qeyd edərək, sülh sazişinin qısa müddətdə imzalanmasının vacibliyini vurğulayıb.

Elçin Əmirbəyov səfər çərçivəsində Çexiyanın nüfuzlu beyin mərkəzlərindən biri olan Siyasət və Cəmiyyət İnstitutunda təşkil olunmuş dəyirmi masada çıxış edib, "CNN Prima News" televiziya kanalına və "Europe" jurnalına müsahibələr verib.

Paylaş

Xəbər lenti

Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş Bu gün, 10:48 Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq Bu gün, 10:48 Vredestein də Azərbaycanda Radius-u seçdi! Bu gün, 10:48 Si Cinpin və Tramp Şençjendə görüşüblər Bu gün, 10:48 Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib Bu gün, 10:48 Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib, BDU-nun rektoru təyin olunub Bu gün, 10:48 Gürcüstanın DTX-nin rəisi Bakıdadır Bu gün, 10:48 Sürücülərin NƏZƏRİNƏ! Bakıda bir neçə əsas yolda hərəkət məhdudlaşdırılacaq Bu gün, 10:48 Gəncədə köməksiz qalan 75 yaşlı qadın xilas edilib Bu gün, 10:48 Türkan Şorayın kürəkəni ilə görüşməyi gündəm oldu Bu gün, 10:48 Yasamal, Nizami və Xəzər rayonlarında qışa hazırlıqla bağlı müşavirə keçirilib Bu gün, 10:48 Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb Bu gün, 09:48 Vəkil Orxan Kəngərli narkotiklə saxlanıldı Bu gün, 09:48 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi Bu gün, 09:48 Ağdamın iqtisadiyyatı Zəfərdən sonra 8 dəfə böyüyüb Bu gün, 09:48 Xankəndi stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol matçı keçiriləcək Bu gün, 09:48 Azərbaycanda sosial-mədəni tədbirlərə 11 milyard manata yaxın vəsait xərclənib Bu gün, 09:48 Pentaqon rəhbəri müvəqqəti hakimiyyətlə danışıqlar aparmaq üçün Venesuelaya səfər edib Bu gün, 01:48 Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub Bu gün, 01:48 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? Bu gün, 01:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib Dünən, 23:48 Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!" Dünən, 23:48 Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub Dünən, 23:48 Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik Dünən, 23:48 Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir Dünən, 22:48 Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu Dünən, 22:48 General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi Dünən, 22:48 İnsan yatarkən beynində nə baş verir? - Maraqlı kəşf Dünən, 22:48 Şərabın sağlamlığa faydası yoxdur? Həkimdən diqqətçəkən xəbərdarlıq Dünən, 22:48 Ermənistanın Konstitusiyası dəyişir: Paşinyan referendumla bağlı əminliyini bildirdi Dünən, 21:48 Bərdədə piyadanı avtomobil vuraraq öldürüb Dünən, 21:48 Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər Dünən, 21:48 Şimali Kiprdən Azərbaycana güclü dəstək mesajı: "Bir yumruq kimi birləşən xalq" Dünən, 21:48 Bakının bu ərazisində su təchizatında fasilə yaranıb – SƏBƏBİ AÇIQLANDI Dünən, 20:48 Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi Dünən, 20:48 Aprelin 1-dən nələr dəyişir? - Maaş və müavinətlərlə bağlı YENİ XƏBƏR Dünən, 20:48 Ceyhun Bayramov: "Azərbaycan-Türkiyə əlaqələri bənzərsizdir" - "Haber Global"ın süjeti Dünən, 20:48 "Tasnim": Pezeşkianla vitse-prezident arasında fikir ayrılığı yoxdur Dünən, 20:48 Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 19:48 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi Dünən, 19:48 Avtomobil akkumulyatorunu nə vaxt dəyişmək lazımdır? Dünən, 19:48 Bakıda ev tapmaq müşkülə çevrildi: Əl yandıran QİYMƏTLƏR Dünən, 19:48 Görmə məhdudiyyətli Sevincin böyük arzusu: Xalq artisti olmaq! Dünən, 19:48 Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq Dünən, 18:48 Bakı Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb Dünən, 18:48 DİN əməliyyat keçirdi - Saxlanılanlar var Dünən, 18:48 Bakıdakı körpələr evində istilik problemi: "Qaz sayğacını söküb aparıblar" Dünən, 18:48 Yolun təmiri niyə bəzən uzun çəkir? Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR