Bu gün, 13:48 60

Azərbaycanda cərimələrlə bağlı MÜHÜM YENİLİK

"İCMAL" informasiya sistemi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin tərkibində "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsistemi, yəni "İCMAL" altsistemi kimi yenidən təşkil edilir.

Sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə (İXM) təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Qeyd olunur ki, bu transformasiya inzibati cərimələr üzrə daxilolmalara dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət funksiyalarının vahid dövlət maliyyə platformasına inteqrasiyasını təmin edəcək.

"İCMAL" altsistemi İXM-ə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların (qurumların) hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini təmin edəcək.

Bundan başqa, uşağı tərbiyə etmək məqsədilə ona qarşı fiziki və ya psixoloji zorakılıq göstərən şəxs cərimə olunacaq.

Valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə olunacaqlar.

Həmçinin dövlətə məxsus olan hüquqi şəxslər maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilirlər.

Mövcud qanunvericiliyə görə, sözügedən məsələ ilə bağlı hazırda cərimənin məbləği dəymiş ziyanın həcmindən asılı olaraq dörd yüz manatdan səkkiz min manatadək müəyyənləşib.

Layihəyə əsasən isə bütün hallarda cərimə inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində müəyyən ediləcək.

Məcəllənin 410-cu maddəsinin Qeyd hissəsinə əlavə olunacaq 2-ci bənddə "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə nəyin nəzərdə tutulması göstərilir.

Qeyd olunan bəndə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.

Uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın verilməməsinə görə cərimələr müəyyənləşir.

Bununla bağlı da qanunvericiliyə yeni maddələr əlavə olunur.

Layihədə qeyd olunub ki, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcəklər.

Bundan başqa, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə olunacaqlar.

Həmçinin xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşir.

Sənəddə qeyd olunub ki, "Xüsusi icra məmurları haqqında" Qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə 1 500 manat məbləğində cərimə ediləcək.

Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş nişan geyim forması və xüsusi müsadirə edilməklə 500 manatdan 700 manatadək məbləğdə cərimə tətbiq olunacaq.

Bundan başqa, xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında üç iş günü müddətində reyestri aparan şəxs məlumat verilməməsinə görə 500 manat məbləğində cərimə ediləcək.

Layihə müzakirədən sonra üçüncü oxunuşda qəbul olunub.

Paylaş

Xəbər lenti

Gəncədə ər arvadını baltaladı Bu gün, 14:48 Parlament İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Bu gün, 14:48 Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib Bu gün, 14:48 Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllim 200 manatadək cərimələnəcək Bu gün, 14:48 Dövlət vəsaitlərindən təyinatı üzrə istifadə edilməməsi haqda cəzalara dəyişiklik son oxunuşda qəbul edilib Bu gün, 14:48 Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır Bu gün, 14:48 Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR Bu gün, 14:48 Saat 09:00-da 20 mindən çox abonentin QAZI KƏSİLƏCƏK Bu gün, 14:48 Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə yola salınıb Bu gün, 14:48 "SOCAR PETROLEUM" Xəzər dənizində "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verib Bu gün, 13:48 Azərbaycanda 100 yaşdan yuxarı 288 pensiyaçı var – ən yaşlı şəxs 136 yaşındadır Bu gün, 13:48 Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR Bu gün, 13:48 Bürcləri bu həftə nələr GÖZLƏYİR? Bu gün, 13:48 Bakı metrosuna giriş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA Bu gün, 13:48 "Apple"da rəhbərliyə Tim Kukun yerinə Con Ternus gətirilir Bu gün, 13:48 ABŞ-də Netenyahu zarafatı tələbənin 15 il müddətinədək HƏBSİNƏ səbəb oldu Bu gün, 13:48 Əhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ Bu gün, 13:48 AFFA İntizam Komitəsi "Neftçi"ni 26200 manat cərimələyib Bu gün, 13:48 Azərbaycanda cərimələrlə bağlı MÜHÜM YENİLİK Bu gün, 13:48 Beyləqanda antisanitar vəziyyətdə olan kafe bağlandı Bu gün, 13:48 Kənar dairəvi yolda avtomobil "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var Bu gün, 12:48 AFFA "Qarabağ" və "Sabah"ı azarkeşlərə görə 5000 manat cərimələyib Bu gün, 12:48 Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb Bu gün, 12:48 Azərbaycanda daha bir cərimənin miqdarı artırılacaq? Bu gün, 12:48 Ermənistana dizel yanacağı daşıyan qatar Biləcəridən yola düşüb Bu gün, 12:48 "Liverpul" Salahın yerinə 100 milyon avroluq transfer planlaşdırır Bu gün, 12:48 Bakıda hərəkətdə olan avtobusun təkəri qırılıb Bu gün, 12:48 Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb Bu gün, 12:48 Sabah 20° isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Bir ailənin dörd üzvü ZƏHƏRLƏNİB Bu gün, 11:48 İngiltərədə məktəblərdə telefon istifadəsi qadağan ediləcək Bu gün, 11:48 Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi Bu gün, 11:48 Rusiyada qar yayda belə əriməyəcək - SƏBƏB Bu gün, 11:48 Futbol üzrə dünya çempionatının favoritlərinin adı açıqlanıb Bu gün, 11:48 Röya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır Bu gün, 11:48 Bu gün Hacı Əliyevin 35 yaşı tamam olur Bu gün, 11:48 IDEA Gədəbəydə kütləvi ağacəkmə aksiyası təşkil edib Bu gün, 11:48 ¼ finalda rekord göstərici – Yarımfinala bu nəticə ilə çıxdı Bu gün, 11:48 Magistralda "protiv" gedirdi - Saxlanıldı Bu gün, 11:48 Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə əlavə reyslər təyin edilib Bu gün, 10:48 Ağcabədidə AĞIR QƏZA: ÖLƏN və yaralılar var Bu gün, 10:48 Kəmaləddin Heydərovun qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ - Vaxtı dəyişdi Bu gün, 10:48 Azərbaycanda dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA Bu gün, 10:48 "Azeri Light" neftinin qiyməti 110 dolları keçdi Bu gün, 10:48 Yaponiyada 8 baldan yuxarı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI Bu gün, 10:48 Yamal: Mən həmişə mənalı danışmağa çalışıram, buna baxmayaraq bəzən səhv edirəm Bu gün, 10:48 İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu Bu gün, 10:48 Nahar vaxtı evini təmir edənlər cərimələnəcək - Qonşu ölkədə Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR