
Bu gün saat 12:10 ətrafında Bakı metrosunun "Ulduz"-"Nərimanov" sahəsində yerləşən aralıq kabeldə baş verən qısaqapanma səbəbindən təmas şəbəkəsinə elektrik enerjisinin ötürülməsi dayandırılıb.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, sadə izahla, metro qatarlarının hərəkəti elektrik enerjisindən asılıdır və yüksək gərginlikli enerjinin verilişi dayandığı üçün "Ulduz-Nərimanov" istiqamətində qatarların hərəkəti mümkün olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.