
Dövlət Vergi Xidmətinin elektron sistemində yaranan problemlə bağlı vətəndaşlar və vergi ödəyiciləri çətinliklə üzləşdiklərini bildirirlər.
AVESTA.AZ-in qaynar xəttinə daxil olan şikayətdə qeyd olunur ki, artıq 3 gündür sistemdə nasazlıq müşahidə edilir və bu səbəbdən hesabatların təqdim olunması mümkün olmur.
Şikayətçi iddia edir ki, yaranan texniki problem səbəbindən vergi hesabatlarını vaxtında təqdim edə bilmirlər və nəticədə cərimə riski ilə üzləşə bilərlər.
Eyni zamanda bildirilir ki, vergi xidmət mərkəzlərində sıxlıq yaranıb və çox sayda insan məsələ ilə bağlı müraciət etsə də, xidmət göstərilməsində çətinliklər yaşanır.
Şikayətdə həmçinin qeyd olunur ki, qurumun əlaqə nömrələri ilə də əlaqə saxlamaq mümkün olmur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.