
ABŞ-nin Los Angeles şəhərində yüngül mühərrikli "Cessna 172" tipli təyyarə elektrik xətlərinə toxunduqdan sonra qəzaya uğrayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə şəhərin Pakoima rayonunda baş verib.
İlkin məlumata görə, təyyarə enişə yaxınlaşarkən yüksək gərginlikli elektrik naqillərinə dəyib. Zərbədən sonra hava gəmisi havada idarəetməni itirərək çevrilib və yaşayış binasının yaxınlığındakı dayanacağa düşüb.
Hadisə anı yaxınlıqda olan avtomobilin videoqeydiyyat cihazı tərəfindən lentə alınıb. Kadrlarda təyyarənin naqillərə toxunduğu, havada çevrildiyi və sürətlə yerə çırpıldığı açıq şəkildə görünür.
Qəza zamanı 70 yaşlı pilot ağır xəsarətlər alıb. Hadisə şahidləri xilasedicilər gələnə qədər onu kabinədən çıxarmağa müvəffəq olublar. Yaralı dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin kritik olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.