
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 5 vaqon buğda tədarük olunacaq.
Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.