Bu gün, 11:48 59

Ali Məhkəmə faizlə borc verən vətəndaşlara XƏBƏRDARLIQ edib

Ali Məhkəmə faizlə borc verməyin riskləri barədə vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə AVESTA.AZ-ə Ali Məhkəmədən məlumat verilib.

Ali Məhkəmənin bununla bağlı izahında bildirilib ki, faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər. Buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur:

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə faiz tələb edə bilər. Yəni faizlə borc vermək prinsip etibarilə qanunla qadağan olunmur və fiziki şəxslər arasındakı bu münasibətlərə məişət dilində adətən "sələmçilik" deyilir. Əsas risklər bu münasibətlərin necə rəsmiləşdirilməsindən qaynaqlanır. Praktikada fiziki şəxslər arasında borc münasibətləri çox vaxt qeyri-rəsmi şəkildə qurulur. Yazılı müqavilə tərtib olunmur və ya tərtib edilsə belə, əsas şərtlər – borcun məbləği, faiz dərəcəsi, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilmir. Bu isə mübahisə yarandıqda sübutetməni çətinləşdirir".

Qeyd edilib ki, ödənişlərin nağd şəkildə və sənədsiz aparılması da ciddi problemlərə səbəb olur: "Hər bir ödənişin qəbz, köçürmə sənədi və ya digər sübutlarla rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunması baxımından vacibdir. Digər mühüm məqam isə fəaliyyətin xarakteri ilə bağlıdır. Əgər şəxs davamlı və sistemli şəkildə müxtəlif şəxslərə faizlə borc verirsə, bu fəaliyyət artıq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti dövlət qeydiyyatından keçməklə həyata keçirilməlidir. Əks halda, belə fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyət yarada bilər.

Məhkəmə təcrübəsindən görünür ki, borc verən şəxslərin davranışlarında qanunsuz sahibkarlıq fəaliyyəti və ya digər hüquq pozuntularının əlamətləri aşkar edildikdə məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir".

O da qeyd edilib ki, bu riskləri minimuma endirmək üçün aşağıdakı tövsiyələrə əməl etmək məqsədəuyğundur: "Borc münasibətlərini mütləq yazılı müqavilə ilə rəsmiləşdirmək, müqavilədə bütün mühüm şərtləri (məbləğ, faiz, müddət, qaytarılma qaydası və s.) aydın şəkildə göstərmək, ödənişləri mümkün qədər bank vasitəsilə həyata keçirmək və ya digər formada sənədləşdirmək, bu fəaliyyət mütəmadi xarakter daşıyırsa, onun hüquqi statusunu (sahibkarlıq kimi) qanunvericiliyin tələblərinə uyğun düzgün müəyyən etmək. Nəticə olaraq, faizlə borc vermək hüquqi baxımdan mümkündür, lakin bu münasibətlərin düzgün qurulmaması həm maliyyə itkilərinə, həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Buna görə də belə əməliyyatlarda ehtiyatlı davranmaq və mümkün hallarda hüquqşünas məsləhəti almaq tövsiyə olunur".

Paylaş

Xəbər lenti

1127 abonentin qazı daxildən dayandırılıb Bu gün, 12:48 300 bal toplayan Emiliya: "Heç bir hazırlığa getməmişəm" Bu gün, 12:48 Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib - SƏRƏNCAM Bu gün, 12:48 Bu şəxslərə 2 750 manatlıq birdəfəlik pul veriləcək - SƏRƏNCAM Bu gün, 12:48 Azərbaycan səmasında parlaq izlər görünə bilər Bu gün, 12:48 Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM Bu gün, 12:48 Sabah Bakıda 18° isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Ağcabədidə Kür çayında yarılan bənd bərpa edilib Bu gün, 12:48 Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub Bu gün, 12:48 Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib Bu gün, 12:48 "Euronews": Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır Bu gün, 11:48 Həftəsonu bu küçələrdə HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ Bu gün, 11:48 Əvvəlki illərin məzunları üçün Azərbaycan dili üzrə imtahan keçiriləcək Bu gün, 11:48 Ali Məhkəmə faizlə borc verən vətəndaşlara XƏBƏRDARLIQ edib Bu gün, 11:48 Martda 192 mindən çox şəxsə ailə başçısını itirməyə görə ödəniş verilib Bu gün, 11:48 Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşdü Bu gün, 11:48 VII sinif şagirdi məktəbdə özünə xəsarət yetirdi – SƏBƏB Bu gün, 11:48 49 kiloqramdan çox narkotik vasitə aşkarlandı, iki nəfər həbs olundu Bu gün, 11:48 Ailəsi tərəfindən atılan üç azyaşlı uşağın SON VƏZİYYƏTİ Bu gün, 11:48 Nərimanovda 100 min manatlıq qızıl oğurlanıb Bu gün, 11:48 Neftimiz 1 dollar ucuzlaşıb Bu gün, 10:48 İbrahim Tatlısəsin dodaquçuqladan sərvəti AÇIQLANDI Bu gün, 10:48 Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib - SİYAHI Bu gün, 10:48 İtaliya Dünya Kuboku təklifini rədd etdi: "Nə mümkün, nə də uyğun deyil" Bu gün, 10:48 Ombudsman Suriyadan gətirilən Azərbaycan vətəndaşları ilə görüşüb Bu gün, 10:48 "Kainat gözəli" təqdim olunan model qaynanası tərəfində ÖLDÜRÜLDÜ Bu gün, 10:48 Kəlbəcər və Laçına sulu qar yağıb - FAKTİKİ HAVA Bu gün, 10:48 Bu yollarda tıxac var Bu gün, 09:48 Ağdam şəhərinə daha 110 ailə köçürülüb Bu gün, 09:48 Qobustanda iki nəfər torpaq altında qalıb Bu gün, 09:48 Hövsanın bir qismində İŞIQ OLMAYACAQ Bu gün, 09:48 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək Bu gün, 09:48 Ağcabədidə evdə yanğın olub, 12 yaşlı yeniyetmə ölüb Bu gün, 09:48 Azərbaycanın 5 gəmisi Aİ-nin sanksiya siyahısından çıxarılıb Bu gün, 09:48 Gəncədə üç nəfər dərmandan zəhərlənib, biri ölüb Bu gün, 00:48 Müctəba Xameneinin son vəziyyəti AÇIQLANDI Dünən, 23:48 Tehran geri addım atmır: Danışıqlar donduruldu, ABŞ-yə şərt irəli sürüldü Dünən, 23:48 Avropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal qazanıb Dünən, 23:48 Paşinyan: Türkiyə bayrağının yandırılması təxribatçı davranışdır Dünən, 23:48 Bəqai İran hökuməti ilə bağlı Trampın dediklərini təkzib edib Dünən, 23:48 Banqladeşdə qızılca səbəbindən 194 uşaq ölüb Dünən, 23:48 Gəncədə dəm qazı can aldı Dünən, 23:48 Nurəddin Rəcəbov: "Komandamız Avropanın ən güclüsü olub" Dünən, 23:48 Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır? Dünən, 22:48 Ev şəraitində düzgün saxlanmadığı halda TƏHLÜKƏLİ OLAN BİTKİLƏR Dünən, 22:48 "Tankers Trackers": İranın 4 neft tankeri ABŞ-nin blokadasından keçib Dünən, 22:48 Tanınmış rusiyalı teleaparıcı vəfat etdi Dünən, 22:48 Son günlərdə ölkə futbolunda baş verənlər müzakirə olundu Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR