29-12-2022, 13:26 588

“Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü, çıxışları, konseptual baxışları ümumtürk tarixi ilə bağlı görülən işlərin bir detalıdır”.

Bunu “AVESTA.AZ”a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, əslən Qərbi Azərbaycandan olan Alqış Musayev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirak etməklə növbəti dəfə öz ənənəsinə sadiqliyini nümayiş etdirdi - Azərbaycan xalqına növbəti böyük bir hədiyyəsini təqdim etdi:

“Prezident İlham Əliyev daha qüdrətli Azərbaycanla, ümumtürk coğrafiyası ilə bağlı tarixi yaddaşın bərpası istiqamətində çox böyük işlər görüb və görməkdə davam edir. Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə görüş dövlət başçısının gördüyü və görəcəyi işlərin bir qolu, həlqəsidir”.

Türk coğrafiyasının, Azərbaycan torpaqlarının necə işğal edildiyinin bəlli olduğunu deyən baş redaktor bildirib ki, ermənilər əvvəlcə bir ərazini hədəf seçir, sonra onun ətrafında tarixi saxtalaşdırmaqla, etnonimləri erməniləşdirməklə məşğul olurlar:

“Üçüncü mərhələdə isə tarixi yaddaşımızı, etno-yaddaşımızı bloklayırlar ki, biz bu barədə ümumiyyətlə düşünməyək. Ayrı-ayrı mövzularla başımızı qatmağa cəhd edirlər. İlham Əliyev bizim tarixi yaddaşımızı bərpa edir. Hesab edirəm ki, bu sahədə böyük işlər görülüb. 44 günlük Vətən müharibəsində həm də ona görə qalib gələ bildik ki, son yüz ildə, bəlkə iki yüz ildə Azərbaycan xalqının tarixi yaddaşı indiki kimi canlı, ayaqüstə, təzə olmayıb. Tarixi yaddaşın güclü olması torpaqlarımıza qayıdışa start verilməsi deməkdir. Əminik ki, bu, reallaşacaq”.

“Qərbi Azərbaycan İcmasının binasının açılışı siyasi, tarixi və rəmzi məna daşıyır. Bu binanın əvvəllər Qarabağın Azərbaycanlı İcmasına məxsus olması xüsusi əhəmiyyətə malikdir. 2010-cu il 6 iyul tarixində Prezident İlham Əliyev Qarabağın Azərbaycanlı icmasının mənzil-qərərgahının açılışında bildirmişdi: “Bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır”. Bugünkü reallıq Prezidentin sözlərinin həqiqətə çevrildiyini göstərir” -, o vurğulayıb.

O söyləyib ki, dövlət başçısı 50 yaşında Ağcabədidə Şuşadan danışırdı:

“Deyirdi ki, xalqımız mütləq öz torpaqlarına qayıdacaq. 60 yaşını Şuşada, Cıdır düzündə Meğri, Göyçə, İrəvanın bizim dədə-baba torpaqlarımız olduğunu xatırlatdı. Türk Dövlətləri Təşkilatının sammitində dövlət başçısı İran azərbaycanlılarının hüquqlarından danışdı. Məsələyə o qədər peşəkarcasına izah verdi ki, buna hansısa siyasi irad bildirmək mümkün deyildi. Prezident bəyan etdi ki, İran azərbaycanlılarının əsas problemi dillə bağlıdır və bu, bizi narahat edir. Çünki dili tədrisdən, məktəbdən uzaqda saxladıqda dil ədəbi komponentlərini itirir və məişət səviyyəsinə düşür. Məişət səviyyəsinə düşmüş dil məhvolma ilə üzləşir. Bu, peşəkarcasına biz izahdır. Cənab Prezident Qərbi Azərbaycanla bağlı vurğuladı ki, hər bir insanın öz dədə-baba yurdunu, əcdadlarının məzarını ziyarət etməsi onun fundamental haqqıdır. Dünya da bu haqqı tanımalıdır. Buna qarşı hansısa siyasi iddia və yaxud bəhanə irəli sürmək qeyri-mümkündür”.

“Cənab Prezident dedi ki, bizə əminlik verən tarixi yaddaşımızın güclü olmasıdır. Həmçinin geosiyasət bizim tərəfimizdədir. Biz İkinci Qarabağ müharibəsində təkcə erməniləri məğlub etmədik, həm də geosiyasəti udduq. Ermənilər isə geosiyasəti uduzublar, geosiyasi dalana çevriliblər. Postmüharibə dövrünün ən dəqiq mənzərəsini cənab İlham Əliyev təsvir edib, deyib ki, ayağımızın altındadırlar. Onlar sözün həqiqi mənasında, həm demoqrafiq, həm iqtisadi, həm də coğrafi baxımdan ayaqlarımızın altındadırlar. Ermənilərin müəyyən aktivlik göstərməsini də ayağımıza dolaşma cəhdi kimi dəyərləndirirəm. İnanıram ki, biz bu mərhələni də çox böyük uğurla arxada qoyacağıq” -, A.Musayev qeyd edib.

Paylaş

Xəbər lenti

DÇ-2026: Fransanı mübarizədən kənarlaşdıran İspaniya ilk finalçı olub Bu gün, 01:48 "Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu Bu gün, 00:51 Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti - "Arzum"un məhkəmə işində ŞOK DETALLAR Bu gün, 00:51 Tramp: Düşünürəm ki, Yaxın Şərq birləşir Bu gün, 00:50 "Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb Bu gün, 00:49 Maliyyə qalmaqalı: İraqda 140 milyard dolların yoxa çıxması faktı araşdırılır Bu gün, 00:49 Ali Rada Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət rejiminin artırılmasını təsdiqlədi Bu gün, 00:49 İranın Əhvaz şəhərində partlayış səsləri eşidilib Bu gün, 00:49 Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb Bu gün, 00:48 Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq Bu gün, 00:48 Slovakiya prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb Dünən, 22:48 Biləcəridə hər gün qəza riski: Sürücülər təhlükə ilə üz-üzə Dünən, 22:48 "Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub etdi Dünən, 22:48 Pezeşkian: Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik Dünən, 22:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah" qarşılaşmasında hesab artıb Dünən, 22:48 İran böhranı nefti bahalaşdırdı: Azərbaycanı nə gözləyir? Dünən, 22:48 SEPAH ABŞ-nin Bəhreyndəki bazasına hücum edib Dünən, 22:48 Şabranda FACİƏ: Zəhərlənən 75 yaşlı qadın öldü Dünən, 22:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Peter Pelleqrininin Azərbaycana səfərinə dair paylaşım edilib Dünən, 21:48 Trampdan sürpriz geri addım: ABŞ prezidenti Yaxın Şərq ölkələri ilə razılığa gəldi Dünən, 21:48 Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi Dünən, 21:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah"ı qəbul edir Dünən, 21:48 Bakıda gənc yazıçı xanımı maşın vurdu Dünən, 21:48 Dayı bacısı qızının evindən qızıl oğurladı Dünən, 21:48 Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Dünən, 20:48 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı Dünən, 20:48 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI Dünən, 20:48 Yamalın Dünya Çempionatındakı ən böyük problemi üzə çıxdı Dünən, 20:48 Bakıda daha bir marşrut xəttinin avtobusları və hərəkət sxemi yenilənir Dünən, 20:48 Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib Dünən, 20:48 22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu Dünən, 20:48 Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır Dünən, 20:48 "Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 83 % artıb Dünən, 19:48 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Dünən, 19:48 Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA Dünən, 19:48 Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir Dünən, 19:48 Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 18:48 Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib Dünən, 18:48 Bakıda sərnişin avtobusları toqquşdu Dünən, 18:48 Azərbaycan Belarusdan kartof tədarükünü kəskin artırıb Dünən, 18:48 Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir Dünən, 18:48 Bu rayonda yeni uşaq oyun meydançaları yaradılacaq Dünən, 18:48 Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI Dünən, 17:48 Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb Dünən, 17:48 Haluk Leventin qumarxanadan görüntüləri sızdı Dünən, 17:48 Yaxın Şərqdə münaqişə yenidən böyüdü - İranda ard-arda partlayışlar oldu Dünən, 17:48 Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər Dünən, 17:48 Slovakiyalı nazir: "Azərbaycandan ildə 1,2 milyard kubmetr qaz almaq istəyirik" Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR