
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sərxoş şəxs avtomobilini yandırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Rayon sakini Faid Abbasov sərxoş vəziyyətdə özünə məxsus KIA markalı avtomobilini yandırıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və F.Abbasov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.