
Göygöl rayonunda qadın dəm qazından boğulub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə aprelin 25-i saat 11 radələrində saatlarında rayonun Bəhrambağı qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1964-cü il təvəllüdlü İradə Allahverdiyeva evində dəm qazından boğularaq ölüb.
Məlumata görə, qadın evində tək yaşayırmış. Onun meyiti qonşular tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.