Bu gün, 09:48 43

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 118 il keçir.

BAKU.WS xatırladır ki, Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə deyə bilərik ki, təkcə "Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri ("Dənizin cinayəti", "Ananın vəsiyyəti", "Müxbir") çap olunub. Lakin o bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün "Şərq qadını", "Gənc işçi", "İnqilab və mədəniyyət", "Ədəbiyyat qəzeti" kimi nüfuzlu nəşrlərində "Doktor Cinayətov", "İfşa", "Mərkəz adamı", "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət" hekayələrini çap etdirib. 1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı ilk oçerklər və novellalar kitabları çap olunub. O zaman, 1935-ci ildə "Dirilən adam" romanı ilə Mir Cəlal Paşayev akademik Məmməd Arifin yazdığı kimi, diqqətli bir realist yazıçı olduğunu göstərib.

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Yazıçının qələminə altı roman məxsusdur. Onların arasında "Bir gəncin manifesti", "Dirilən adam", "Yolumuz harayadır" keçmişdən, "Açıq kitab", "Yaşıdlarım" və "Yeni şəhər" isə müasir həyatdan bəhs edir.

Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb.

Görkəmli Azərbaycan yazıçısı, alimi, pedaqoqu Mir Cəlal Paşayevin əsərləri bir çox xarici dillərə tərcümə edilib, onun əsərləri müxtəlif ölkələrin oxucularında sonsuz maraq doğurub.

Paylaş

Xəbər lenti

"Zaur Kamal efirdə olmayacaq" - ARB-nin direktor müavini Bu gün, 10:48 Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər Bu gün, 10:48 Bakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZA Bu gün, 10:48 Saxlanılan şəxsin hədəfi Tramp administrasiyasının rəsmiləri olub Bu gün, 10:48 Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub Bu gün, 10:48 Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verəcək Bu gün, 09:48 Azərbaycanda maşın almaq istəyənlərə ŞAD XƏBƏR Bu gün, 09:48 Trampın iştirak etdiyi tədbirdə silahı insident: Prezident və xanımı təxliyə edildi Bu gün, 09:48 Premyer Liqa: "Neftçi" "Qarabağ"la üz-üzə gələcək Bu gün, 09:48 Bu gün Mir Cəlal Paşayevin doğum günüdür Bu gün, 09:48 Tramp: ABŞ İrandan yeni təklif alıb Bu gün, 00:48 Yeni həftədə yaxşı pul qazanacaq bürclər Bu gün, 00:48 Çernobıl AES-də baş verən qəzadan 40 il ötür Bu gün, 00:48 "Şəkili Pərviz" həbs olundu Dünən, 23:48 Zelenski: Kiprdə Ukraynanın Aİ-yə üzvlüyü prosesinin inkişafı barədə razılıq əldə olunub Dünən, 23:48 Cəbrayıl Hacıyev Avropa çempionatında bürünc medal qazanıb Dünən, 23:48 Muxtar Babayev: Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir Dünən, 23:48 İstilik sistemi ilə bağlı YENİ QAYDALAR: Çoxmərtəbəli binalarda kombilərin dövrü bitir? Dünən, 23:48 Mingəçevirdə güclü külək fəsad yaratdı - Aşan ağaclar mənzillərə ziyan vurdu Dünən, 23:48 Pezeşkian 30 milyon könüllüdən kömək istəyib Dünən, 22:48 Abbas Əraqçi Omana gedib Dünən, 22:48 XİN Ukrayna ilə imzalanan saziş haqqında məlumat yayıb Dünən, 21:48 Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? Dünən, 21:48 Meksika XİN Çiuaua ştatındakı insidenti şərh edib Dünən, 21:48 Polisdən əməliyyat: Axtarışda olan 153 nəfər saxlanılıb Dünən, 20:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Zelenskinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi qızıl medal uğrunda mübarizə aparacaq Dünən, 20:48 Azərbaycan Ukraynaya humanitar yardım olaraq beş avtobus göndərib Dünən, 20:48 Göygöldə 62 yaşlı qadın dəm qazından boğulub Dünən, 19:48 Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz Dünən, 19:48 Azər Əkbərli vəfat etdi Dünən, 19:48 Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu Dünən, 18:48 "Sumqayıt" Premyer Liqanın XXIX turunda "İmişli"ni məğlub edib Dünən, 18:48 Gözlərimizin zəifləməməsi üçün nə etməli? Dünən, 18:48 Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY Dünən, 18:48 Sibiqa: Azərbaycan və Ukrayna hüquqi yardım haqqında saziş imzalayıblar Dünən, 18:48 Sahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" Dünən, 18:48 Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz" Dünən, 17:48 Məşhur aktyor "Eşref Rüya"da çəkiləcək Dünən, 17:48 Azərbaycanın ilk moda muzeyində göz oxşayan, fərqli nümunələr Dünən, 17:48 Dünya çempionatı: Final oyununun biletləri 2 milyon dollara satılır Dünən, 17:48 WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq Dünən, 17:48 Bu ölkə 28 fevraldan sonra ilk dəfə hava məkanını uçuşlara açır Dünən, 16:48 İran komandosu ABŞ hava donanmasına atəş açdı - ANBAAN VİDEO Dünən, 16:48 Azərbaycanın dörd boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib Dünən, 16:48 "Sabah" Azərbaycan Basketbol Liqasının finalına yüksəlib Dünən, 16:48 "Neftçi" və "Qarabağ"dan birgə bəyanat: Azərbaycan futbolu qələbə qazansın! Dünən, 16:48 Albert Aqarunovun komandiri: O, əsl tankçı idi və peşəsini çox sevirdi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR