
ABŞ-də "Washington Hilton" hotelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin rəsmi qəbulu zamanı silahlı insident baş verib.
AVESTA.AZ xəbər verir ki, hadisə zamanı zalda əvvəlcə yüksək səslər, daha sonra isə atəş səsləri eşidilib və bu, iştirakçılar arasında çaxnaşmaya səbəb olub.
Təhlükəsizlik xidmətləri dərhal hərəkətə keçərək ABŞ Prezidenti Donald Tramp, birinci xanım Melania Tramp və vitse-prezident Cey Di Vens daxil olmaqla yüksək vəzifəli şəxsləri təhlükəsiz ərazidən çıxarıblar.
İlkin məlumata görə, silahlı şəxs hotelin foyesində yerləşən təhlükəsizlik məntəqəsinə yaxınlaşaraq hücuma cəhd edib. ABŞ Məxfi Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində silahlı şəxs zərərsizləşdirilib və saxlanılıb. Hadisə zamanı bir təhlükəsizlik əməkdaşı atəş nəticəsində xəsarət alsa da, zirehli geyim onun həyatını xilas edib.
Prezident Donald Tramp bildirib ki, hücum edən şəxs bir neçə silah daşıyıb və böyük ehtimalla tək hərəkət edib. O, hüquq-mühafizə orqanlarının sürətli və peşəkar müdaxiləsini yüksək qiymətləndirib.
President Donald Trump has posted on Truth Social a video captured by the hotel’s security cameras showing the assassination attempt in the lobby of the Washington Hilton during the White House Correspondents’ Dinner. pic.twitter.com/5wr35paeJw
— Reynier de la Torre (@ReynierDeLaTor1) April 26, 2026
Rəsmi məlumatlara əsasən, şübhəlinin saxlanıldığı təsdiqlənsə də, bəzi mənbələrdə onun zərərsizləşdirilməsi ilə bağlı ziddiyyətli məlumatlar yer alıb. Daha sonra açıqlamalarda silahlı şəxsin tutulduğu bildirilib və hadisə ilə bağlı araşdırmalar davam edir.
???????????? BREAKING: The suspect in the White House Correspondents' Dinner shooting has been identified as 31-year-old Cole Tomas Allen of Torrance, California.
— Mario Nawfal (@MarioNawfal) April 26, 2026
-Video has emerged showing someone on the ground with U.S. Secret Service agents inside the Washington Hilton
-Believed to… https://t.co/EOkEIKYxj1 pic.twitter.com/PQoka3QLSR
İnsident səbəbindən tədbir planlaşdırıldığı kimi davam etməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.