
Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyası tədbiri zamanı baş verən silahlı insidentlə bağlı yeni detallar açıqlanıb.
AVESTA.AZ xəbər verir ki, hadisədən sonra saxlanılan 31 yaşlı Cole Thomas Allen istintaq zamanı ilkin ifadəsində hücum planının əsas hədəfinin Donald Tramp administrasiyasında çalışan yüksək vəzifəli şəxslər olduğunu bildirib.
Qeyd edilir ki, ixtisasca müəllim olan şübhəli konkret olaraq dövlət rəsmilərinə qarşı hücum həyata keçirmək niyyətində olub.
Xatırladaq ki, insident zamanı Prezident Donald Trampın da iştirak etdiyi qəbul təhlükəsizlik səbəbilə yarımçıq dayandırılmış, o və digər rəsmi şəxslər ərazidən təxliyə edilmişdi. Hadisə ilə bağlı araşdırmalar davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.