
Bakı-Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, Şamaxının Acıdərə adlanan ərazisində ağırtonnajlı yük avtomobili hərəkətdə olarkən idarəetməni itirib və yolun hərəkət hissəsinə aşıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərin hərəkətində müəyyən çətinliklər yaranıb.
Hazırda yolda hərəkət tam bərpa olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.