
Aprelin 26-da Türkiyənin müxtəlif bölgələrində qısa fasilə ilə iki zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, məlumat AFAD tərəfindən açıqlanıb.
İlk yeraltı təkan yerli vaxtla saat 08:01-də Yedisu ərazisində qeydə alınıb. Zəlzələnin gücü 4,4 bal, ocağının dərinliyi isə təxminən 7 kilometr olub.
Bundan təxminən 40 dəqiqə sonra, saat 08:41-də Sındırgı bölgəsində ikinci zəlzələ baş verib. Bu dəfə yeraltı təkanların gücü 3,1 bal olub və dərinliyi 14,93 kilometr olaraq ölçülüb.
Hər hansı ciddi dağıntı və ya xəsarət barədə məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.