
İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Nəbatiyyə əyalətində şiə təşkilatı "Hizbullah"a məxsus hərbi hədəflərə raket zərbələri endirib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Elnashra" xəbər portalı məlumat verib.
Məlumata görə,Əli-Taher yüksəkliklərinə və Zutar əl-Şərqiyyə kəndinin kənarlarına hava hücumları həyata keçirilib.
Hava hücumlarının nəticələri barədə heç bir məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.