Bu gün, 16:48 36

Bu gün IX sinif şagirdləri imtahan veriblər

Bu gün 55 mindən çox şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verib.

Dövlət İmtahan Mərkəzindən (DİM) BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri) Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri) və Naxçıvan Muxtar Respublikasında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Bu gün həmçinin Çilov adasında yerləşən məktəbdə, Bakı şəhəri üzrə xüsusi – internat məktəblərində, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə , eləcə də tədrisi gürcü dilində aparılan məktəblərdə oxuyan şagirdlər buraxılış imtahanı verib. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helokopteri vasitəsilə həyata keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

İmtahanda 55282 şagirdin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.

Aprelin 27-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

Paylaş

Xəbər lenti

Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq Bu gün, 17:48 Tbilisidə azərbaycanlı turistin qətli ilə bağlı yeni detallar üzə çıxıb Bu gün, 17:48 Çexiyanın Baş naziri Azərbaycana gəlir Bu gün, 17:48 Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb Bu gün, 16:48 Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır Bu gün, 16:48 Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb Bu gün, 16:48 Bu gün IX sinif şagirdləri imtahan veriblər Bu gün, 16:48 Abşeronun "qırmızı qızıl"ı - Süfrələrimizə dad qatan məhsulun istehsalı üçün fermerlərə nə qədər subsidiya verilir? Bu gün, 16:48 ABŞ xarici 5G routerlərinə məhdudiyyət qoydu Bu gün, 15:48 Ukraynada şəhərlərdən biri susuz qalıb Bu gün, 15:48 "Eşref Rüya" serialına yeni sima qatılır Bu gün, 15:48 Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib Bu gün, 14:48 Ayan Babakişiyeva: "Elə düşünməyin ki, bununla bədənimə zərər verirəm" Bu gün, 14:48 İsrail qırıcıları Livanı yenidən bombalayıb Bu gün, 14:48 Avropa Güləş İttifaqı Xetaq Qazyumovu ilin məşqçisi seçib Bu gün, 13:48 "Jek" işçisini avtobusla vuraraq öldürdü Bu gün, 13:48 İstanbul derbisi çempionluğu müəyyən edə bilər Bu gün, 13:48 Azərbaycan XİN Tanzaniyanı Respublika günü münasibətilə təbrik edib Bu gün, 13:48 İran Prezidenti: "Təzyiq altında danışıqlar olmayacaq" Bu gün, 12:48 Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ Bu gün, 12:48 Bakıda ağır qəza - "Sprinter" və "Shacman" toqquşdu Bu gün, 12:48 Bakıda güclü külək, regionlarda yağış olacaq Bu gün, 12:48 Salyanda ağır qəza: Bir nəfər həyatını itirib Bu gün, 11:48 Prezident İlham Əliyev: "Vaşinqtonda baş verən atışma məni dərindən sarsıdıb" Bu gün, 11:48 Türkiyədə səhər saatlarında iki ardıcıl zəlzələ olub Bu gün, 11:48 Daşkəsən və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 "Kızılcık Şerbeti"nin aktrisası "Porsche"si ilə gündəm oldu Bu gün, 11:48 "Zaur Kamal efirdə olmayacaq" - ARB-nin direktor müavini Bu gün, 10:48 Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər Bu gün, 10:48 Bakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZA Bu gün, 10:48 Saxlanılan şəxsin hədəfi Tramp administrasiyasının rəsmiləri olub Bu gün, 10:48 Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub Bu gün, 10:48 Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verəcək Bu gün, 09:48 Azərbaycanda maşın almaq istəyənlərə ŞAD XƏBƏR Bu gün, 09:48 Trampın iştirak etdiyi tədbirdə silahı insident: Prezident və xanımı təxliyə edildi Bu gün, 09:48 Premyer Liqa: "Neftçi" "Qarabağ"la üz-üzə gələcək Bu gün, 09:48 Bu gün Mir Cəlal Paşayevin doğum günüdür Bu gün, 09:48 Tramp: ABŞ İrandan yeni təklif alıb Bu gün, 00:48 Yeni həftədə yaxşı pul qazanacaq bürclər Bu gün, 00:48 Çernobıl AES-də baş verən qəzadan 40 il ötür Bu gün, 00:48 "Şəkili Pərviz" həbs olundu Dünən, 23:48 Zelenski: Kiprdə Ukraynanın Aİ-yə üzvlüyü prosesinin inkişafı barədə razılıq əldə olunub Dünən, 23:48 Cəbrayıl Hacıyev Avropa çempionatında bürünc medal qazanıb Dünən, 23:48 Muxtar Babayev: Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir Dünən, 23:48 İstilik sistemi ilə bağlı YENİ QAYDALAR: Çoxmərtəbəli binalarda kombilərin dövrü bitir? Dünən, 23:48 Mingəçevirdə güclü külək fəsad yaratdı - Aşan ağaclar mənzillərə ziyan vurdu Dünən, 23:48 Pezeşkian 30 milyon könüllüdən kömək istəyib Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR