Bu gün, 19:48 43

Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə-yeksan gördülər - Paytaxtda qalmaqallı söküntü İDDİASI

Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 104 ünvanında yaşayan sakinlər evlərinin qanunsuz söküldüyünü iddia edirlər.

Onların Baku TV-yə dediklərinə görə, hadisə illər əvvəl baş versə də, bu günə qədər nə kompensasiya, nə də alternativ yaşayış sahəsi ilətəmin olunmayıblar.

Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə-yeksan gördülər - Paytaxtda qalmaqallı söküntü İDDİASI

Sakinlər bildiriblər ki, beş il əvvələ qədər həmin ərazidə onlara məxsus ikimərtəbəli çıxarışlı ev və obyekt olub.

Onların iddiasına görə, tikinti şirkəti tərəfindən bu mülklər icazəsiz şəkildə sökülüb. Sakinlərdən biri baş verənləri belə təsvir edir:

"Çörək almağa çıxmışdıq. Bir də qonşular xəbər verdilər ki, evimizi dağıdıblar. Heç bir razılıq olmadan, heç bir icazəmiz olmadan evi söküblər. Dedilər ki, sizə kompensasiya verəcəyik. İki il kirayə haqqı verdilər, sonra dayandırdılar. Dedim ki, mənə evimi verin, dedilər satılıb, sizə veriləsi ev qalmayıb".

Onun sözlərinə görə, məsələ ilə bağlı məhkəmə prosesi də aparılıb və ekspertiza nəticəsində evin sahəsinin böyük hissəsinin şirkət tərəfindən mənimsənildiyi təsdiqlənib:

"Araşdırma zamanı məlum oldu ki, evimizin 240 kvadratmetri şirkət tərəfindən mənimsənilib. Amma iş məhkəmədə gedə-gedə martın 6-da 38 il işlətdiyim mağazamı da xəbərdarlıq etmədən sökdülər".

Məsələ ilə bağlı tikinti şirkəti - "Olympus Park"ın mövqeyini öyrənmək üçün quruma müraciət edilib.

Şirkətdən bildirilib ki, vətəndaşla dəfələrlə görüşlər keçirilib və müxtəlif təkliflər irəli sürülüb. Şirkətin açıqlamasında qeyd olunur:

"Daşınmaz əmlakın çıxarış üzrə sahəsi 35 kvadratmetr təşkil edir. Vətəndaşa bir neçə dəfə 50 kvadratmetrdən artıq mənzil təklif olunub. Həmçinin müvafiq kompensasiya ödənişi həyata keçirilib və hazırda kirayə haqqı ödənilməkdə davam edir".

Bundan əlavə, şirkət bəzi mübahisələrin ailədaxili məsələlərlə bağlı olduğunu iddia edir:

"Yaranmış bəzi mübahisələr tərəflər arasında daxili ailə münasibətləri ilə bağlıdır və şirkətin hüquqi öhdəliklərindən kənardır. Vətəndaş tərəfindən qanunvericiliyin tələblərindən kənar yüksək tələblər irəli sürülüb".

Hazırda tərəflər arasında mübahisə məhkəmə icraatındadır və məsələyə qanunvericiliyə uyğun qaydada baxıldığı bildirilir.

Paylaş

Xəbər lenti

İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır Bu gün, 20:48 Çexiyanın Baş naziri Azərbaycana gəlib Bu gün, 20:48 Fransa ABŞ–İran danışıqları fonunda diplomatik həllə dəstək verdi Bu gün, 20:48 Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda qızıl medal qazanıb Bu gün, 20:48 Süd BAHALAŞACAQ Bu gün, 20:48 Premyer Liqa: "Şamaxı" "Kəpəz"i məğlub edib Bu gün, 19:48 Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi: Xəsarət alanlar var Bu gün, 19:48 Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə-yeksan gördülər - Paytaxtda qalmaqallı söküntü İDDİASI Bu gün, 19:48 "Haber Global" İlham Əliyevin sülh mükafatı ilə təltif olunmasına dair süjet hazırladı Bu gün, 19:48 Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yaralılar var Bu gün, 18:48 "Qabaqkı kimi isti münasibət yoxdur, heç yerlilər də qalmayıblar" - Bakının ən qədim qəsəbələrinin birindən REPORTAJ Bu gün, 18:48 Azərbaycanda Əməkdar artist vəfat edib Bu gün, 18:48 "Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir? Bu gün, 18:48 Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq Bu gün, 17:48 Tbilisidə azərbaycanlı turistin qətli ilə bağlı yeni detallar üzə çıxıb Bu gün, 17:48 Çexiyanın Baş naziri Azərbaycana gəlir Bu gün, 17:48 Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb Bu gün, 16:48 Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır Bu gün, 16:48 Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb Bu gün, 16:48 Bu gün IX sinif şagirdləri imtahan veriblər Bu gün, 16:48 Abşeronun "qırmızı qızıl"ı - Süfrələrimizə dad qatan məhsulun istehsalı üçün fermerlərə nə qədər subsidiya verilir? Bu gün, 16:48 ABŞ xarici 5G routerlərinə məhdudiyyət qoydu Bu gün, 15:48 Ukraynada şəhərlərdən biri susuz qalıb Bu gün, 15:48 "Eşref Rüya" serialına yeni sima qatılır Bu gün, 15:48 Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib Bu gün, 14:48 Ayan Babakişiyeva: "Elə düşünməyin ki, bununla bədənimə zərər verirəm" Bu gün, 14:48 İsrail qırıcıları Livanı yenidən bombalayıb Bu gün, 14:48 Avropa Güləş İttifaqı Xetaq Qazyumovu ilin məşqçisi seçib Bu gün, 13:48 "Jek" işçisini avtobusla vuraraq öldürdü Bu gün, 13:48 İstanbul derbisi çempionluğu müəyyən edə bilər Bu gün, 13:48 Azərbaycan XİN Tanzaniyanı Respublika günü münasibətilə təbrik edib Bu gün, 13:48 İran Prezidenti: "Təzyiq altında danışıqlar olmayacaq" Bu gün, 12:48 Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ Bu gün, 12:48 Bakıda ağır qəza - "Sprinter" və "Shacman" toqquşdu Bu gün, 12:48 Bakıda güclü külək, regionlarda yağış olacaq Bu gün, 12:48 Salyanda ağır qəza: Bir nəfər həyatını itirib Bu gün, 11:48 Prezident İlham Əliyev: "Vaşinqtonda baş verən atışma məni dərindən sarsıdıb" Bu gün, 11:48 Türkiyədə səhər saatlarında iki ardıcıl zəlzələ olub Bu gün, 11:48 Daşkəsən və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 "Kızılcık Şerbeti"nin aktrisası "Porsche"si ilə gündəm oldu Bu gün, 11:48 "Zaur Kamal efirdə olmayacaq" - ARB-nin direktor müavini Bu gün, 10:48 Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər Bu gün, 10:48 Bakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZA Bu gün, 10:48 Saxlanılan şəxsin hədəfi Tramp administrasiyasının rəsmiləri olub Bu gün, 10:48 Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub Bu gün, 10:48 Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verəcək Bu gün, 09:48 Azərbaycanda maşın almaq istəyənlərə ŞAD XƏBƏR Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR