2-04-2025, 17:48 623

Bakıda söküntü olan rayonlarda mənzillər neçəyə satılır? - QİYMƏTLƏR

Bakının bir sıra rayonlarında planlaşdırılan genişmiqyaslı söküntü işləri vətəndaşlar üçün ciddi narahatlığa səbəb olub.

AVESTA.AZ xəbər verir ki, evləri sökülən sakinlərə verilən kompensasiya məbləği onların eyni ərazidə yeni mənzil əldə etməsinə imkan vermir.

Hazırda Bakıda rayonlar üzrə mənzillərin kavratına görə ortalama qiyməti belə dəyişir:

Binəqədi rayonu - kv 2000 AZN, Yasamal rayonu - kv 3300 AZN, Nərimanov rayonu - kv 2800 AZN, Səbail rayonu - kv 2300 AZN, Nizami rayonu - kv 2600 AZN.

Paytaxtda mənzil qiymətlərinin sürətlə artması fonunda kompensasiya məbləğinin bazar dəyərinə uyğun olub-olmaması böyük müzakirə mövzusuna çevrilib. 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, AVESTA.AZ-ə bildirib ki, paytaxt Bakı şəhərində daşınmaz əmlakların söküntüləri daha çox iki formada aparılır:

"Birinci forma torpaqların dövlət ehtiyacı üçün alınması zamanı vətəndaşlardan mənzillərin alınması, ikinci forma qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının tikinti şirkətləri tərəfindən sökülərək yerində yeni binalarla əvəzlənməsindən ibarətdir. 

Torpaqların dövlət ehtiyacı üçün alınması zamanı vətəndaşların əmlakları ərazinin bazar dəyərinə uyğun olaraq qiymətləndirilir və vətəndaşa ödəniləcək məbləğin 20 faiz nisbətində əlavə olaraq kompensasiya ödənilir. Bu qayda ilə artıq Bakının bir çox ərazilərində ciddi şəkildə söküntü işləri aparılıb və hazırda söküntü işləri torpaqların dövlət ehtiyacı üçün alınması prosesi ilə davam edir.

Digər tərəfdən isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin özəl tikinti şirkətlər zamanı isə vətəndaşların əmlaklarının ümumi sahəsi ölçülür. Daha sonra vətəndaşlarla tikinti şirkəti arasında müqavilələr bağlanılır. Tikinti şirkəti tərəfindən vətəndaşlara evləri sökülüb onlara yeni tikili binalarda tam təmirli mənzillər verilən günə qədər aylıq kirayə pulu və köç xərcləri ödəyir. Daha sonra isə vətəndaş köhnə mənzilindən daha geniş və tam təmirli mənzillə təmin olunur.

Qiymətlərə nəzər salsaq, paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərdə torpaqların və yaxud mənzillərin qiymətləri müxtəlif formada ölçülür. Torpaq sahələrinin yerləşməsi, çıxarışın olub-olmaması və digər məsələlər onların qiymətlərinə çox böyük təsir göstərir.

Lakin binalar, xüsusən də çoxmənzilli binalara nəzər salsaq, çoxmənzilli yaşayış binalarında isə qiymətlər tam fərqlidir. Qiymətlər daha çox ərazinin yerləşməsinə görə deyil, tikinti şirkətlərinin brendlərinə görə dəyişir. Bəzi ərazilərdə çoxmənzilli binalarda təklif olunan qiymətlər hətta iki dəfəyə qədər daha fərqli olur.

Bu baxımdan vətəndaşlar hər hansısa bir əmlak alarkən seçimlər edir və onun büdcəsinə uyğun və sərfəli olan binalardan mənzil alır. İstər ucuz, istər bahalı binalarda qiymətlər demək olar ki, daimi öz dəyərini saxlayır və artan xətt üzrə gedir.

Hazırda söküntülərə nəzər salsaq, söküntülər zamanı isə vətəndaşların mənzillərinə ümumi bazar dəyərinə uyğun kompensasiya verilir. Əgər vətəndaşın mənzilinin ümumi sahəsi daha azdırsa, həmin vətəndaşlara söküntü şirkət tərəfindən daha çox kompensasiya olaraq pul ödənilir ki, vətəndaş hər hansısa bir ərazidə istənilən mənzili ala bilərək öz mənzil şəraitini yaxşılaşdıra bilsin".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR