
Uzun illər kosmosda yeni element hesab edilən "nebulium"un əslində mövcud olmadığı müəyyən edilib.
BAKU.Ws xəbər verir ki, 1864-cü ildə britaniyalı astronom Uilyam Haqqins dumanlıqların spektrini araşdırarkən naməlum yaşıl xətlər qeydə alıb. Bu xətlər mövcud elementlərlə uyğunlaşmadığı üçün alimlər bunu yeni maddə kimi qiymətləndiriblər.
Məlumata görə, sonrakı illərdə bu "element"in Yer üzündə tapılması üçün çoxsaylı tədqiqatlar aparılıb, lakin nəticə əldə olunmayıb. Hətta Dmitri Mendeleyev də bu maddə üçün nəzəri yer ayırıb.
Araşdırmalar nəticəsində 1927-ci ildə amerikalı fizik Ayra Bouen həmin işığın yeni elementdən deyil, ikiqat ionlaşmış oksigendən qaynaqlandığını müəyyən edib.
Bildirilir ki, bu cür işıqlanma yalnız kosmosun çox seyrək mühitində baş verir. Yer şəraitində isə eyni effekt müşahidə olunmur. Bu səbəbdən "nebulium" anlayışı elmdə yanlış fərziyyə kimi qəbul edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.