
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun "Hyundai" markalı minik maşını ilə toqquşması nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
***16:15
Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Zabrat DYP postunun yaxınlığında qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı "Hyundai" markalı maşınla sərnişin avtobusu toqquşub.
Hadisə yerindən kadrları təqdim edirik
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.