
Çex Respublikası 1939-cü ildə dünyada hərbi avadanlıq və silahların ən böyük istehsalçısı idi.
BAKU.WS xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.
"Burada Çexiya və Slovakiya qrupu da təmsil olunur, birgə müəssisələr, investisiyalar, - "L-39NG Aero Vodochody", "CSG Aerospace", "Česká Zbrojovka", "Colt", "Excalibur International", "Explosia", "VOP CZ", "Omnipol" və "Livance SRO Meteopress", - biz bu layihələri müzakirə etmişik", - o bildirib və əlavə edib ki, bütün bu şirkətlər ehtiyaclara uyğun hərtərəfli çeşiddə məhsul və inteqrasiya olunmuş həlləri təklif edir:
"Nümayəndə heyətimiz müasir nəqliyyat mühəndisliyində ən yaxşı həlləri təcəssüm etdirir. Bu şirkətlər qatarlar və dəmir yolu texnologiyasından tutmuş, qabaqcıl nəqliyyatı idarəetmə sistemi və "ağıllı" infrastruktura qədər hər şeyi təmin edirlər. Onlar bizə daha da sürətli, təhlükəsiz və dayanıqlı nəqliyyat şəbəkəsini qurmağa kömək etmək üçün buradadırlar. Əlbəttə ki, "ŠKODA Transportation" və Çexiyada çox önəmli və iqtisadi qrup olan "PPF"in üzvü olan "ŠKODA" şirkətlər qrupunun Bakı metrosunda keçirilən tenderdə uğur qazanması bizi çox şad edərdi. Həmçinin "AŽD Praha", "CZ Loco", "Daco" və "Tatra Export" şirkətləri də burada təmsil olunur. Burada olan bütün bu şirkətlər çox konkret layihələr təqdim ediblər və mən əminəm ki, bizimlə işbirliyi qursanız, bundan çox məmnun qalarsınız".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.