
Abşeron rayonunun Saray qəsəbəsində ciddi kommunal problem yaranıb. Belə ki, qəsəbənin "Yeni məhəllə" adlanan yaşayış massivində, Zərifə Əliyeva küçəsində yerləşən 50-dən çox ailə artıq 10 gündür içməli sudan məhrum qalıb.
Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə müraciət edərək bildiriblər ki, suyun verilməsi qəfil dayandırılıb və bu müddət ərzində problem aradan qaldırılmayıb.
Onların sözlərinə görə, gündəlik həyat ciddi şəkildə çətinləşib – nə içməli su tapmaq asandır, nə də məişət ehtiyaclarını qarşılamaq mümkün olur. Sakinlər xüsusilə azyaşlı uşaqların, yaşlıların və xəstələrin vəziyyətinin daha ağır olduğunu qeyd edirlər.
"Artıq 10 gündür su yoxdur. Məcbur qalıb suyu pulla alırıq, bu isə hər ailə üçün əlavə xərc deməkdir. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik, amma hələ də konkret nəticə yoxdur," – deyə sakinlər narazılıqlarını ifadə ediblər.
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.