
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikana işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Vatikandakı səfirliyi "X" hesabında paylaşım edib.
Məlumata görə, E.Əmirbəyov Müqəddəs Taxt-Tacın Dövlət katibi (Baş nazir), kardinal Pietro Parolin və Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katib (xarici işlər naziri), arxiyepiskop Paul Richard Gallagher ilə danışıqlar aparıb.
Müzakirələr Azərbaycan-Vatikan dövlətlərarası münasibətlərinə və bu münasibətlərin siyasi və humanitar sahələrdə uğurlu inkişafına həsr olunub.
Eləcə də Cənubi Qafqazda sülh və rifah perspektivlərinə, regional təhlükəsizlik məsələlərinə və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.
Vatikana işgüzar səfəri çərçivəsində ???????? Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Müqəddəs Taxt-Tacın Dövlət katibi (Baş nazir), kardinal Pietro Parolin və Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katib (xarici işlər naziri), arxiyepiskop Paul… pic.twitter.com/s391wXeWUs
— Ambasciata dell'Azerbaigian presso la Santa Sede (@AzEmbVatican) April 28, 2026
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.