Bu gün, 17:48 64

Pekin şəhərində aprelin 27-də"Global Media Group"a daxil olan "Baku TV" telekanalı və "Report" İnformasiya Agentliyi ilə Çinin nüfuzlu CCTV+ Videoxəbər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi CCTV+ agentliyinin baş icraçı direktoru xanım Li Xia, "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev və "Baku TV"nin direktoru Ramin Cəfərov imzalayıblar.

Mərasimdə çıxış edən CCTV+ Videoxəbər Agentliyinin sədri və baş redaktoru Qao Vey bildirib ki, bu tərəfdaşlıq iki ölkə arasında media körpüsü rolunu oynayacaq:

"Müasir media qurumları olan "Baku TV" və "Report" ilə informasiya və təcrübə mübadiləsi hər iki tərəfin xəbər gündəmini zənginləşdirəcək, mühüm tədbirlərin işıqlandırılmasında operativ dəstək təmin edəcək".

Tədbirdə çıxış edən "Baku TV"nin direktoru Ramin Cəfərov "Global Media Group"un İdarə Heyətinin sədri Elnur Abdullayevin adından xüsusi olaraq vurğulayıb ki, "Global Media Group"a daxil olan media qurumları ilə Çinin aparıcı media agentliyi arasında imzalanan memorandumun əsas məqsədi tərəfdaşlıq münasibətlərinin qurulması, tərəflər arasında uzunmüddətli və səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin, operativ məlumat mübadiləsi və qarşılıqlı dəstəyin təmin olunmasıdır.

Ramin Cəfərov memorandumun perspektivlərindən bəhs edərkən qeyd edib ki, əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə videoməzmun mübadiləsinin aparılması televiziya məhsullarımızın Asiya regionunda daha geniş yayılmasına və beynəlxalq mövqeyimizin möhkəmlənməsinə xidmət edəcək.

"Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev öz növbəsində qlobal informasiya mübadiləsinin önəmini vurğulayıb:

"Çinin aparıcı media qurumu ilə operativ məlumat, foto və videomaterialların paylaşılması oxucularımıza hadisələri daha dolğun mənbədən izləmək imkanı verəcək. Bu addım xarici tərəfdaşlıq əlaqələrimizin genişləndirilməsi istiqamətində növbəti uğurdur".

Qeyd edək ki, Çin Mərkəzi Televiziyasının, CCTV-nin tərkibinə daxil olan CCTV+ qlobal media təşkilatlarına xəbər və videoməzmun təqdim edən aparıcı Çin videoxəbər agentliyidir. Qurumun müştəriləri sırasında 130-dan çox ölkə və regionda fəaliyyət göstərən 1800-dən artıq televiziya kanalı və 1000-dən çox rəqəmsal media platforması var.

Bu memorandum "Global Media Group"un beynəlxalq əməkdaşlığının genişləndirilməsi strategiyasının davamıdır. Qrupun media resursları tərəfindən 2025-ci ildə Özbəkistan və Qazaxıstanın media qurumları ilə də analoji əməkdaşlıq sənədləri imzalanıb.

"Global Media Group" haqqında:

"Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.

Paylaş

Xəbər lenti

Bakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi - TƏFƏRRÜAT Bu gün, 18:48 DİQQƏT! Mayın 1-də saat 10:00-dan 16:00-dək... Bu gün, 18:48 Bakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş Bu gün, 18:48 Şəhiddən qalan SON FOTO: "Onunla hər yerə getdim, bircə şəhidlikdən başqa" Bu gün, 18:48 Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək Bu gün, 18:48 WUF13-ə hazırlıq məqsədilə nəqliyyatın monitorinqi çərçivəsində bir sıra küçələrdə tənzimləmələr tətbiq olunacaq Bu gün, 18:48 "Azercell" tətbiqinə dostunu dəvət et, bonus qazan! Bu gün, 18:48 Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr Bu gün, 18:48 Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək Bu gün, 18:48 Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir Bu gün, 18:48 Birləşmiş Ərəb Əmirlikləri mayın 1-dən OPEC+ sazişindən ayrılır Bu gün, 17:48 Mətanət İsgəndərli illər əvvəl buna görə 20 kiloqram arıqlayıb Bu gün, 17:48 Aktrisa 12 ilik həyat yoldaşından boşandı Bu gün, 17:48 "Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar Bu gün, 17:48 Süni intellektin taleyi məhkəmədə həll olunur: Mask və Altman üz-üzə Bu gün, 17:48 Azərbaycan enerji təhlükəsizliyində alternativdən əsas marşruta çevrilir? - MÜHÜM MÜZAKİRƏ Bu gün, 17:48 Türkiyədə aparıcının bu qısa geyimi tənqid edildi Bu gün, 17:48 Mədəniyyət sahəsində qrantların verilməsi üçün yeni qaydalar hazırlanacaq Bu gün, 17:48 Nadir Qafarzadədən anası ilə bağlı təsirli paylaşım Bu gün, 17:48 Məşhur müğənni evlərini və maşınlarını satıb, kənddə 10 milyona zavod açdı Bu gün, 16:48 Bunu dünyada ilk dəfə Dilarə Kazımova edib Bu gün, 16:48 AAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş Bu gün, 16:48 Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır Bu gün, 16:48 ABŞ-dən genişmiqyaslı hərbi hazırlıq siqnalları: Son 72 saatda... Bu gün, 16:48 Qırmızı Bazar qəsəbəsinə çatan növbəti 16 ailəyə mənzillərin açarları təqdim olunub Bu gün, 16:48 "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXIB? Bu gün, 16:48 Cıdır Atçılıq Mərkəzi təmirə bağlanır Bu gün, 16:48 Baş nazirdən YENİ QƏRAR: İki şirkət siyahıdan çıxarıldı Bu gün, 15:48 Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ! - Qiymətlər ENDİ Bu gün, 15:48 BƏƏ Prezidenti İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib Bu gün, 15:48 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb Bu gün, 15:48 Bakıda universitet binasına YANĞIN Bu gün, 15:48 Bakıda güclü külək səbəbindən 34 ağac aşıb Bu gün, 15:48 Həbs həyatı yaşayan türkiyəli məşhurlar - SİYAHI Bu gün, 15:48 KİV: Donald Trampın İranın münaqişənin həlli ilə bağlı son təklifini qəbul etməsi ehtimalı azdır Bu gün, 15:48 Şirvanda peşə liseyinə yeni direktor təyin edilib Bu gün, 15:48 Elçin Əmirbəyov Vatikanda bir sıra görüşlər keçirib Bu gün, 14:48 Prezident bir qrup sahibkarı təltif edib Bu gün, 14:48 Ziya Bünyadov prospektindəki tuneldə ZƏNCİRVARİ QƏZA Bu gün, 14:48 İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib Bu gün, 14:48 Prezident Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"i təsdiq edib Bu gün, 14:48 İlham Əliyev Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin tanınması haqda sazişi təsdiq edib Bu gün, 14:48 Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ Bu gün, 14:48 Dilarə Əliyevanın qızı Banu bu festivalın aparıcısı olacaq Bu gün, 14:48 Bu ilin ilk rübündə Qəbələdə 1381 uşağa reabilitasiya xidmətləri göstərilib Bu gün, 14:48 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib Bu gün, 14:48 Növbəti köç karvanı Xocavəndə çatıb Bu gün, 14:48 Karel Havliçek Azərbaycana təkrar səfər edəcək Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR