
Müdafiəyönümlü yarımmüdafiəçi Orelyen Tçuameni böyük ehtimalla Madrid "Real"ı ilə müqaviləsini uzadacaq.
BAKU.WS xəbər verir ki, u barədə "Footmercato" məlumat yayıb.
Futbolçu Madrid klubunu tərk etməyi planlaşdırmır və "kral klubu" ona yeni müqavilə təklif etmək niyyətindədir.
"Real"ın məşqçilər heyəti Tçuamenini komandanın vacib oyunçusu kimi görür. Qeyd olunur ki, klub yarımmüdafiəçinin maaşını da nəzərəçarpacaq dərəcədə artırmağa hazırdır.
Bu mövsüm fransız futbolçu bütün turnirlərdə 45 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
"Transfermarkt" portalına görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.