
BMT-nin nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumu bu il Bakıda keçiriləcək.
Bununla bağlı "Haber Global" telekanalı videosüjet hazırlayıb.
Süjetdə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) 17-22 may 2026-cı il tarixlərində baş tutacağı bildirilir. Qeyd edilir ki, WUF13-də sürətli urbanizasiyanın yaratdığı çətinliklər barəsində fikir mübadiləsi aparılacaq və bu çərçivədə real və tətbiq edilə biləcək həll yolları axtarılacaq.
Bildirilir ki, məqsəd urbanizasiyanın və şəhərlərin əhəmiyyəti və onların təsirləri barədə güclü ortaq anlayış formalaşdırmaqdır. Çünki hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. Bu, sürətli urbanizasiya, mənzil çatışmazlığı, planlaşdırılmamış yaşayış məntəqələrinin artması və infrastruktura təzyiq kimi problemləri də özü ilə gətirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.