30-12-2022, 14:54 604

Bayramqabağı bazarlarda ən çox hansı məhsulların qiyməti artıb?

Yeni İlin gəlməsinə artıq bir neçə gün qalıb. Amma bayram ərəfəsində bazarlarda əhalinin istehlak səbətində əsas yer tutan məhsullara tələbatın artması fonunda qiymətlərin də artdığı müşahidə olunur.

İqtisadçı ekspert Rəşad Həsənov “Report”a bildirib ki, bazarlarda daha çox kənd təsərrüfatı, şirniyyat-qənnadı məhsullarının, pirotexniki vasitələr, hədiyyəlik məhsullar və xüsusi ilə yeni illə assosiasiya olunan dekorasiya vasitələrinin qiymətləri artıb.

Ekspert bunun bazarın təbii prinsiplərinə uyğun olaraq baş verdiyini bildirib:

“Mövsümü olaraq, bayram ərəfələrində tələb qısamüddətli dövrdə kəskin şəkildə artır və bunun qarşılığında bazar iştirakçıları təbii olaraq qiymətləri artırmaqla fürsətdən istifadə edərək öz mənfəət normasını yüksəltməyə çalışırlar”.

R.Həsənovun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bayramqabağı qiymət manipulyasiyalarına yol verilməməsi üçün sahibkarlıq subyektlərinə xəbərdarlıq edir və qanun pozuntuları aşkar edildikdə cərimə tətbiq edir:

“Bu günlərdə Türkiyədə maliyyə naziri birbaşa olaraq pərakəndə ticarət müəssisələri ilə görüşərək onların qiymət artımı ilə bağlı hədələdi desək yerinə düşər. Düşünürəm ki, bu kimi siyasətin iqtisadi inkişaf prosesində çox ciddi fəsadlara gətirib çıxara bilər. Hökumətin funksiyası daha çox öz əlində olan imkanlardan, alətlərdən istifadə edərək, bu dövrlərdə təklifin artırılmasını təmin etməkdir. Məsələn, yarmarkalar təşkil edilə bilər, burada icarə haqları alınmadan fermerlərin öz təsərrüfat məhsullarını bazara çıxarması üçün imkanlar yaradıla bilər və ya vergi, gömrük rüsumları alətlərindən istifadə edərək nisbətən daha az təklif edilən məhsullar sahəsində təklifi təşviq etməklə, bazarda bolluq yaratmaqla bu qiymətlərin optimallaşmasına şərait yaradıla bilər. Düşünürəm ki, bazar iqtisadi modelində siyasətlər bu istiqamətdə qurulmalıdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, hər il Yeni il qabağı tələb artdığından qiymət artımı baş verir:

“Bayramqabağı sahibkarlar tələbin artmasından istifadə edirlər və qiymətləri qəsdən qaldırırlar. Vətəndaşlar satışın avtomatlaşdırıldığı marketlərdə bəzi hallarda aldadılırlar. Məsələn, vətəndaşın almadığı mal çekə yazılır. Yeni il öncəsi ümumilikdə məhsulların qiymətində təxminən 20 % artım baş verib”.

E.Hüseynov bayramqabağı daha çox ərzaq məhsullarının qiymətinin artdığını vurğulayıb:

“Daha çox Yeni il süfrəsi üçün tələb olunan məhsulların - düyünün, yağın, balığın, ətin qiymətində artım olur. Sahibkarlar reklamlar vasitəsilə bizi satılan məhsullara cəlb edir, daha sonra vətəndaşların tələbini formalaşdırdıqdan sonra qiymətləri artıraraq bunu fürsətə çevirirlər”.

Qeyd edək ki, Azərbaycanda mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1 500-2 000 manat, hüquqi şəxslər 4 000-6 000 manat inzibati qaydada cərimə edilir.

Paylaş

Xəbər lenti

Yüksək sürət yenə CAN ALDI Bu gün, 00:48 Sonuncu "Miss Avstriya" müsabiqəsinin qalibi 22 yaşında vəfat etdi Bu gün, 00:48 Karni: ABŞ ilə razılaşma yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla mümkündür Dünən, 23:48 UFC reytinqləri yeniləndi: Rafael Fiziyev ilk onluğa qayıtdı Dünən, 23:48 Azərbaycan atleti Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb Dünən, 23:48 ABŞ İranın aviasiyasına qarşı sanksiyalar tətbiq etdi Dünən, 23:48 "Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq Dünən, 23:48 Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirəcək Dünən, 22:48 İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq Dünən, 22:48 SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus sualtı aparatı ələ keçirib Dünən, 22:48 Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib Dünən, 22:48 Həkim göstərişi olmadan uşaqlara vitamin verməyin hansı təhlükələri var? Dünən, 22:48 "Hizbullah"ın məğlubiyyəti və İranın sükutu Dünən, 21:48 "Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib Dünən, 21:48 ABŞ İran aviasiyası ilə əlaqəli 36 qurum və şəxsə qarşı sanksiyalar tətbiq edib Dünən, 21:48 Bakının yollarında görünməyən təhlükə: Asfalt örtüyünün altında nə baş verir? Dünən, 21:48 Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb Dünən, 20:48 Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib Dünən, 20:48 Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib Dünən, 20:48 Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir Dünən, 20:48 AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb Dünən, 20:48 Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır Dünən, 19:48 Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər həyatını itirdi Dünən, 19:48 Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək Dünən, 19:48 ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır Dünən, 19:48 Putin və Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər Dünən, 19:48 Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib Dünən, 18:48 Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib Dünən, 18:48 Dövlət büdcəsinin gəlirləri AÇIQLANDI Dünən, 18:48 Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir Dünən, 18:48 İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri kollektivə təqdim edilib Dünən, 17:48 Bu ərazi üzrə PENSİYALAR VERİLDİ Dünən, 17:48 Passiv siqaret çəkmək 1,7 milyon insanın ölümünə səbəb olub Dünən, 17:48 Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi – 90-dan çox vakansiya təqdim olundu Dünən, 17:48 Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşub Dünən, 17:48 Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır Dünən, 17:48 Emin Əmrullayev: "Oxuya ayrılan dərs saatlarının lazımi qaydada tədris olunmasına məktəb direktorları nəzarət etməlidirlər" Dünən, 17:48 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü Dünən, 16:48 Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı Dünən, 16:48 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi Dünən, 16:48 PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu Dünən, 16:48 AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir Dünən, 16:48 "Gənclik Mall"da yanğın həyəcanı Dünən, 16:48 Leyla Əhmədova HƏBS OLUNDU Dünən, 16:48 Bakıda adambaşına düşən ictimai yaşıl sahə 8 kvadratmetrə çatdırılacaq Dünən, 16:48 Anar Əsədli barəsində qərar verilib Dünən, 16:48 Bu il Aqrar Sığorta Fondu əkin sahələrinin 24,5 faizini sığortalayıb Dünən, 16:48 Gələn il imtahan proqramlarında dəyişiklik olacaq? - Məleykə Abbaszadə AÇIQLADI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR