Bu gün, 10:48 70

Bakıda  

Bakıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimi keçirilib.

AVESTA.AZ xəbər verir ki, mərasimdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, müasir dövrdə ictimai proseslərin düzgün və peşəkar şəkildə işıqlandırılması dövlət-media əməkdaşlığının əsas prioritet istiqamətlərindən birinə çevrilib.

Qeyd olunub ki, artıq üçüncü ildir təşkil olunan Forum bu istiqamətdə səmərəli dialoq platforması olmaqla yanaşı, media subyektləri ilə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, cəmiyyətin dolğun və etibarlı informasiya ilə təminatına mühüm töhfə verir.

Çıxış zamanı Azərbaycanın qlobal tədbirlərin işıqlandırılması sahəsində formalaşdırdığı peşəkar media təcrübəsinə diqqət çəkilərək WUF13 çərçivəsində də media və kommunikasiya fəaliyyətinin yüksək səviyyədə olacağına əminlik ifadə edilib,vurğulanıb ki, cari ilin ölkədə "Şəhərsalma və Memarlıq İli" elan olunması milli memarlıq irsi və şəhərsalma siyasəti ilə bağlı ictimai məlumatlandırma prosesinin daha da intensivləşdirilməsini zəruri edir.

Forumda çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib ki, rəqəmsallaşma müasir dövrdə informasiya dövriyyəsinin sürətini və əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, media və kommunikasiya sahəsində innovativ yanaşmaların tətbiqini zəruri edən əsas amillərdən birinə çevrilib. Vurğulanıb ki, rəqəmsal transformasiya şəraitində etibarlı informasiya mühitinin qorunması, müasir kommunikasiya alətlərindən səmərəli istifadə və ictimai etimadın gücləndirilməsi media institutlarının qarşısında duran əsas prioritetlər sırasındadır.

Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında vurğulayıb ki, rəqəmsal transformasiya şəraitində media və təhsil institutları arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, media savadlılığının artırılması, gənclərdə sorğulayıcı düşüncə və rəqəmsal bacarıqların formalaşdırılması, eləcə də etibarlı informasiya mühitinin təşviqi müasir təhsil siyasətinin əsas prioritetlərindəndir, bu baxımdan insan kapitalının inkişafı, süni intellekt və innovasiya əsaslı yanaşmaların tətbiqi dayanıqlı inkişafın mühüm tərkib hissəsinə çevrilib.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov qeyd edib ki, ölkədə həyata keçirilən müasir şəhərsalma, yenidənqurma və bərpa layihələrinin sosial, iqtisadi və mədəni əhəmiyyətinin geniş auditoriyaya çatdırılması, eləcə də müvafiq sahədə ictimai məlumatlılığın artırılması media ilə dövlət qurumları arasında effektiv kommunikasiya mexanizmlərinin formalaşdırılmasını zəruri edir.

O vurğulayıb ki, 2026-cı ilin ölkədə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi bu mövzuda informasiya təminatının aktuallığını daha da artırmaqla yanaşı, şəhərsalma siyasətinin prioritetlərinin cəmiyyətə sistemli və ardıcıl şəkildə təqdim olunması üçün əlavə imkanlar yaradır.

Açılış mərasimində "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan, həmçinin ötən il keçirilmiş Forumun əsas məqamlarını əks etdirən videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, Forum öz işini "Şəhərsalma və Memarlıq İli"ndə media gündəmi", "Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə" və"Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya" mövzularında panel sessiyalarla davam etdirəcək.

Paylaş

Xəbər lenti

Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək Bu gün, 11:48 Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib Bu gün, 11:48 Alimlər Süd Yolu qalaktikasının sərhədlərini müəyyənləşdirib Bu gün, 11:48 BƏƏ İran, Livan və İraqa səfərləri qadağan edib Bu gün, 11:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Aprel ayının reytinq cədvəli açıqlanıb Bu gün, 11:48 Aİ səfiri Azərbaycan XİN-ə çağırılıb, ona etiraz notası təqdim olunub Bu gün, 11:48 Göygöldə qanunsuz tikili sökülüb Bu gün, 11:48 "Bakı Marafonu 2026" ilə əlaqədar bu YOLLAR TAM BAĞLANACAQ Bu gün, 11:48 Kür daşdı, Kürdəmirdə evləri su basdı: "Heç bir tədbir görülmür" Bu gün, 11:48 Nazir nüavini: "Azərbaycanda rəqəmsal inkişaf yeni mərhələyə qədəm qoyur". Bu gün, 11:48 Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək Bu gün, 11:48 TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub Bu gün, 11:48 Azərbaycanın tanınmış eksperti həbsdə vəfat etdi Bu gün, 10:48 ADB Bakı metrosunun genişləndirilməsinə 850 milyon dollar kredit verə bilər Bu gün, 10:48 Keçmiş model küçələrdə yaşayır: zibildən qida toplayır Bu gün, 10:48 Hərbi vəzifəlilərə atəş, taktiki, sıra və fiziki hazırlıq üzrə məşğələlər keçirilib Bu gün, 10:48 Bakıda  "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir Bu gün, 10:48 Tehranda hava hücumundan müdafiə sistemləri işə salındı Bu gün, 10:48 BƏƏ OPEC və OPEC+ sazişindən çıxdı Bu gün, 10:48 Əhməd İsmayılov: "Artıq 3-cü dəfədir keçirilən forum media subyektləri ilə dövlət orqanları arasında kordinasiyanın gücləndirilməsinə tövfə verir" Bu gün, 10:48 Afrika qitəsi parçalanır, yeni okean YARANIR Bu gün, 10:48 TƏBİB-ə yeni icraçı direktor müavini təyin edilib Bu gün, 10:48 Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir Bu gün, 09:48 Günəşli sakinlərinin NƏZƏRİNƏ Bu gün, 09:48 "Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq Bu gün, 09:48 "Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır Bu gün, 09:48 Bakıda 8 istiqamətdə tıxac müşahidə olunur Bu gün, 09:48 Rusiya kanalı: "Sabah" "Qarabağ"ın dominantlığına son qoyub Bu gün, 09:48 Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub Bu gün, 00:48 Hindistanda turist qayığı qəzaya uğrayıb: Ölən və yaralananlar var Bu gün, 00:48 İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib Bu gün, 00:48 Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA Bu gün, 00:48 Səyahət planlaşdırmaq çətinləşir: Tur paketi alanlardan niyə əlavə ödəniş istənilir? Dünən, 23:48 Hindistanda kater qəzaya uğrayıb, ölənlər var Dünən, 23:48 Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb Dünən, 23:48 "Time" jurnalı 2026-cı ilin ən nüfuzlu şirkətlərinin siyahısını tərtib edib Dünən, 23:48 Prezident: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər Dünən, 23:48 ABŞ-də benzin qiymətləri son 4 ilin maksimumuna çatıb Dünən, 22:48 Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər Dünən, 22:48 Ronaldu karyerasını başa çatdırmasından danışdı Dünən, 22:48 Bakıda evinin kvadratı az olan vətəndaşlara SEVİNDİRİCİ XƏBƏR Dünən, 22:48 Premyer Liqa: "Neftçi" "Qarabağ"ı məğlub edib, "Sabah" çempionluğunu rəsmiləşdirib Dünən, 22:48 Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır Dünən, 22:48 Vüqar Rəhimzadə: Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya... Dünən, 22:48 Saar "Sumud" donanması gəmilərinin saxlanılması barədə: Qəzzanın dəniz blokadasının yarılmasına imkan verməyəcəyik Dünən, 21:48 Paytaxt Bakıdan başqa şəhərə köçürüləcək? - VACİB AÇIQLAMA Dünən, 21:48 Maliyyə Nazirliyində AYİB ilə əməkdaşlığın perspektivləri müzakirə olunub Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR