
Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının İran, Livan və İraqa səfərini qadağan edib.
Məlumata görə, qərar regionda baş verən son hadisələr və təhlükəsizlik vəziyyəti ilə əlaqədar qəbul olunub.
BAKU.WS xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi tərəfindən yayılan açıqlamada qeyd olunub ki, hazırda adıçəkilən ölkələrdə olan BƏƏ vətəndaşları ən qısa zamanda ölkəni tərk edərək geri qayıtmalıdır.
Nazirlik vətəndaşların təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb və xaricdə yaşayan şəxsləri rəsmi xəbərdarlıq və təlimatlara ciddi şəkildə əməl etməyə çağırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.