
Təhlükəsizlik səbəblərinə görə, ABŞ-nin İraqdakı səfirliyi həyati vacib vəzifəsi olmayan ABŞ hökumət əməkdaşlarına ölkəni tərk etməyi əmr edib.
BAKU.WS rəsmi bəyanata istinadən xəbər verir ki, Bağdaddakı ABŞ hökumət işçilərinə təhlükəsizlik riskləri səbəbindən şəhərin beynəlxalq hava limanından istifadə etmək qadağan edilib.
Daha əvvəl, ABŞ Dövlət Departamentinin rəsmisi Mora Namdar X-də ABŞ vətəndaşlarının "ciddi təhlükəsizlik riskləri səbəbindən" mövcud kommersiya nəqliyyatından istifadə edən ondan çox ölkədən "Təcili getməli" olduqlarını söyləyib.
Bunlar Bəhreyn, Misir, İran, İraq, İsrail, Qəzza, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.