
"Benfika"nın baş məşqçisi Joze Mourinyo Madridin "Real Madrid" klubunun ona maraq göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
AVESTA.AZ xəbər verir ki, portuqaliyalı mütəxəssis "A Bola" nəşrinə açıqlamasında yayılan iddiaları təkzib edib.
"Real"dan mənimlə heç kim əlaqə saxlamayıb, sizi əmin edə bilərəm. Mən artıq uzun illərdir futboldayam və bu cür xəbərlərə öyrəşmişəm, amma "Real"dan heç bir müraciət olmayıb. "Benfika"ya gəlincə isə vəziyyəti bilirsiniz: klubla daha bir illik müqaviləm var", – deyə o, qeyd edib.
Buna qədər bir sıra KİV-lər portuqaliyalı mütəxəssisin yenidən "kral klubu"na qayıtmaq istədiyini yazmışdı. Hətta bu transferdə klub prezidenti Florentino Peresin maraqlı olduğu vurğulanırdı.
Xatırladaq ki, Mourinyo 2010–2013-cü illərdə "Real Madrid"ə rəhbərlik edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.