
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaq.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, 26 yaşlı idmançı yarımfinalda yerli cüdoçu Muhiddin Asadulloyevə uduzub.
R.Məmmədəliyev bürünc mükafat qazanmaq üçün digər tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.
*** 11:00
Azərbaycanın daha bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcək.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu gün Rəşid Məmmədəliyev (73 kq) tatamiyə çıxacaq.
26 yaşlı idmançı 1/8 finalda Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.